Modern.az

Daxili orqanlarımız haqqında bilmədiklərimiz - İçimizdə nələr var? - MARAQLI

Daxili orqanlarımız haqqında bilmədiklərimiz - İçimizdə nələr var? - MARAQLI

Aktual

1 İyul 2014, 21:55

İnsanlar adətən öz daxili orqanları haqqında narahatçılıq keçirəndə, nasazlıq hiss edəndə məlumatlanmağa başlayırlar. Ən yaxşı halda isə biz daxili orqanlarımızın funksiyaları haqqında ən adi bilgilərə malik oluruq. Ancaq daxili orqanlar haqqında bir çox maraqlı faktlar da mövcuddur.

Modern.az saytı bu faktlarla bağlı yazını sizlərə təqdim edir.

İnsanın daxili orqanlarının arasında ən böyüyü nazik bağırsaqdır. Nazik bağırsağın uzunluğu insanın boyundan dörd dəfə uzundur. Qəribədir, görəsən bu uzunluğunda bağırsaq qarın boşluğuna necə yerləşir?

Insan bədənində olan qan damarlarının ümumi uzunluğu 95 min kilometrdir. Müqayisə üçün qeyd edək ki, Yer kürəsinin ekvatorunun uzunluğu isə 40 min kilometrdir. Demək içimizin qan yolları ilə ekvatoru iki dəfə fəth edə bilərik.

Insanın ağciyərlərinin səthinin sahəsi tennis kortunun sahəsi qədərdi. Ağciyərlərdə minlərlə bronx və üzümə bənzər budaqlı alveollar mövcuddur. Məhz onlar vasitəsi ilə qan oksigenlə təmin olunur. Təəsüf ki, siqaret çəkən insanlarda bu “tenniz kortu” his-pas içində olur.

Sol ağciyər sağ ağciyərdən nisbətən bir az kişikdir. Bunun səbəbi sol ağciyərin ürəyin daha rahat yerləşməsinə yaratdığı şəraitdir.

İnsan ürəyinin yaratdığı təzyiq nəticəsində qan 7-9 metr məsafəyə qədər çilənə bilər. Digər mühərriklərdən fərqli olaraq bu “mühərrik” uzun illər sutka ərzində 24 saat işləyir. Buna görə də vaxtaşırı onun “təmir”inə vaxt ayırmaq lazımdır.

Mədə turşusu üzqırxan ülgücünü belə əritməyə qadirdir. Mədəmizdə olan hidroxlorid turşusu qəbul etdiyimiz bütün qida məhsulları ilə yanaşı, bəzən təsadüf nəticəsində mədəmizə düşən kiçik metal qırıntılarını da həzm edə bilir. Ancaq bu bizə heç də əsas vermir ki, əlimizə düşən dəmir-dümürü çörək əvəzinə qida kimi qəbul edək.

Qaraciyər 500-dən artıq funksiyanı yerinə yetirir. Bir çox insanlar isə bu “zəhmətkeş” orqanının qayğısına qalmaq haqqında düşünmək belə istəmir. Xüsusilə də gözəl məclislərdə, yağlı yeməklər və spirtli içkilərlə zəngin süfrələr arxasında əyləşəndə.

İnsan öz daxili orqanlarının bir hissəsi olmadan da yaşaya bilər. Mədəsiz, dalaqsız, öd kisəsi olmadan, bir böyrəklə, qaraciyərin və bağırsaqların bir hissəsi ilə də yaşamaq mümkündür. Düzdür, belə olan halda sağlamlığın vəziyyəti o qədər də ürəkaçan olmayacaq, amma hər halda yaşayacaq.

Hər şeyin yaxşı olması, daxili orqanların sizdən inciməməsi üçün isə onların, həyati funksiyalar daşıyan orqanların qayğısına qalmaq, arabir nazını çəkmək lazımdır. Belə olan halda onlar da sizləri yarı yolda qoymayacaq.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir