Modern.az

Erməni fotoqrafa Türkiyədə fəxri doktor adı verildi

Erməni fotoqrafa Türkiyədə fəxri doktor adı verildi

Dünya

2 İyul 2014, 17:39


Ötən əsrin ən yaxşı fotoqrafı kimi tanınan istanbullu erməni Ara Gülərə Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru adı verilib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, universitetin rektoru Gülay Barabarosoğlu fəxri doktor sertifikatını şəxsən Ara Gülərə təqdim edib.
Rektor qeyd edib ki, Türkiyənin tarixi və ölkənin həyatı dünyaya Ara Gülərin vasitəsilə təqdim olunub, buna görə də böyük fotoqraf fəxri doktor adına layiq görülüb.
Qeyd edək ki, Ara Gülər 1928-ci ildə İstanbulada etnik erməni ailəsində doğulub. O, jurnalist fəaliyyətinə 1950-ci ildə “Yeni İstanbul” qəzetində başlayıb. Erməni əsilli Ara çoxsaylı tanınmışların, o cümlədən Bertran Rassel, Uinston Çörçil, Arnold Toynbi, Pikasso və Salvador Dalinin də şəkillərini çəkib.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür