Modern.az

Amerikada silhalı erməni legionu fəaliyyət göstərir – FOTOLAR

Amerikada silhalı erməni legionu fəaliyyət göstərir – FOTOLAR

3 İyul 2014, 22:02

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerli ermənilərin təmsil olduğu “Amerikanın Erməni Legionu” adlı silahlı təşkilat fəaliyyət göstərir. Odlu silahlarla bağlı liberal qanunları ilə seçilən Amerikada “Amerikanın Erməni Legionu” hərbləşdirilmiş təşkilatının açıq fəaliyyət göstərməsi və təlimlər keçirilməsi üçün əlverişli şərait var.

Modern.az saytı xəbər verir ki, təşkilatın sədri Ovanes Suruçyan azsaylı müsahibələrinin birində öz məqsədlərini açıqlayıb: “Biz istəyirik ki, könüllü döyüşçülərimizin sayı artsın. Amerika erməniləri öz tarixi vətənlərini – Ermənistanı müdafiə etməyə hazır olsunlar. Bunun üçün Kaliforniyadakı erməni məktəblərini ziyarət edirik, icma ilə müzakirələr aparırıq”- deyə Suruçyan müsahibəsində vurğulayırdı.   Amerikadakı varlı ermənilər tərəfindən maliyyələşdirildiyi üçün təşkilatın silah, uniforma və təminat baxımından heç bir sıxıntısı yoxdur. Dəqiq sayları sirr saxlanılan qruplaşma üzvləri müntəzəm qaydada Kaliforniyadakı hərbi poliqonlarda təlimlər keçirlər. Hələ ki, təşkilatın heç bir terror və silahlı insidentdə adı hallanmasa da, Amerika xüsusi xidmət orqanlarının da ciddi nəzarəti altındadır. Bu xüsusən Türkiyə mətbuatında “Amerikanın Erməni Legionu” barədə yazıların çıxmasından sonra baş verib.  

Modern.az “Amerika Erməni Legionu”nun fotolarını təqdim edir:

 

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı