Modern.az

Qırmızı banan, ordudan böyük hərbi orkestr, donmuş Nil çayı... - MARAQLI

Qırmızı banan, ordudan böyük hərbi orkestr, donmuş Nil çayı... - MARAQLI

8 İyul 2014, 15:23

Modern.az saytı bir sıra ölkələr barədə maraqlı  faktları təqdim edir.


Hegemonluğu ilə dünyaya səs salan ABŞ-nın Nevada ştatının paytaxtı Las-Vegas şəhəri dünyanın ən məşhur qumar mərkəzlərindən biri hesab olunur. Amma Las-Veqas şəhərinin kazinolarında saata rast gəlmək mümkün deyil.


Qalstuklar
ilk dəfə Xorvatiyada meydana gəlib, sonra isə bütün dünyaya yayılıb. Xorvatlar ilk dövrlərdə boyunlarına dəsmal bağlayırdılar, sonra isə həmin dəsmalı bütün dünyada kişilərin geyiminin ayrılmaz hissəsi olan qalstuk əvəz ediblər.


Seyşel adaları sırasına daxil olan Mao adasında qara, qırmızı və sarı rəngli bananlar bitir və onların insan orqanizmi üçün heç bir ziyanı yoxdur.


Monako yeganə ölkədir ki, hərbi orkestrin üzvlərinin sayı hərbi dəstənin əsgərlərinin sayından çoxdur.


Misir ərazisindən axan Nil çayı tarix boyu iki dəfə - IX və XI əsrlərdə donub.


Böyük Britaniyada İcmalar Palatasına ölkə başçısının – kraliçanın girişi qadağandır. Kraliça İcmalar palatasının üzvləri sırasına daxil deyil.


1983-cü ildə Vatikanda 1 dənə də olsun doğum hadisəsi müşahidə olunmamışdır.


Dünyanın bir nömrəli donuz istehsalçısı və istehlakçısı Çindir.


Səudiyyə Ərəbistanda isə bir dənə də olsun bulaq yoxdur.


Fransada Eyfel Qülləsinin təpəsinə çıxana qədər 1792 pilləkən var.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir