Modern.az

Xanım Klinton gürcü müxalifətinə önəm verdi

Xanım Klinton gürcü müxalifətinə önəm verdi

Təhsil

5 İyul 2010, 13:54

st1:*{behavior:url(#ieooui) }

ABŞ-ın dövlət katibi Hillari Klintonun təyyarəsi bir neçə dəqiqə əvvəl Tiflis beynəlxalq hava limanına enib. Modern.az  gürcü mətbuatına istinadən xəbər verir ki,  ABŞ xarici siyasət idarəsinin başçısı Azərbaycan və Ermənistan müxalifətindən fərqli olaraq gürcü müxalifət liderləri ilə görüşə razılıq verib. Klintonu Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze qarşılayıb. Dövlət katibinin hazırda Gürcıstanın siyasətçi-qadın liderləri ilə görüşünə hazırlıq görülür. Bir qədər sonra prezident Mixail Saakaşvili ilə danışıqlar başlayacaq. Bundan əlavə, Klinton Gürcüstanın müxalifət liderləri ilə görüşmək niyyətində olduğunu bildirib.

 

Klintonun müxalifət liderlərindən Gürcüstanın BMT-dəki  sabiq daimi nümayəndəsi İrakli Alasaniya və parlamentdə təmsil olunan müxalifət fraksiyasının rəhbəri Giorgi Tarqamadze ilə görüşü  nəzərdə tutulub. 

Alasaniya Klintonla görüş zamanı ona dalbadal 2 dəfədən artıq prezident seçilmiş şəxsin (Saakaşvli) baş nazir postuna gətirilməsinin yolverliməzliyini bildirəcək.  Məlumatlara görə, Saakaşvili belə bir variantı istisna etmədiyini deyib.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə