Modern.az

Skolarini millidən qovurlar: “O, Braziliya futbolu üçün “yük”dür”

Skolarini millidən qovurlar: “O, Braziliya futbolu üçün “yük”dür”

Dünya

10 İyul 2014, 16:13



Braziliyada keçirilən Futbol üzrə Dünya Çempionatının yarımfinal mərhələsində Almaniyaya məğlub olan mundial sahibinin baş məşqçisi istefaya göndərilir.

Modern.az xəbər verir ki, bunu açıqlamasında Braziliya Futbol Konfederasiyasının vitse-prezindenti Delfim Peyşotu Dünya Çempionatının 3-cü yer uğrunda oyununun Skolarinin məşqçi kimi son çıxışı olacağını bildirib.
“Skolari bir daha milli komandaya çağırılmayacaq. O, Braziliya futbolu üçün “yük”dür”.

Qeyd edək ki, milli komandanın baş məşqçi postuna “Korintians” klubunun idarə edən Titenin gətiriləcəyi gözlənilir.

Rafiq Qənbərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır