Modern.az

Azərbaycana qarşı vuruşmuş erməni komandiri öldürmək istəyənlərə hökm oxundu

Azərbaycana qarşı vuruşmuş erməni komandiri öldürmək istəyənlərə hökm oxundu

11 İyul 2014, 15:00

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın məhkəməsi 2012-ci ildə bu qurumda keçirilən seçkilərdə “Dağlıq Qarabağ prezidentliyinə” əsas namizədlərdən biri, yerli parlamentin üzvü Vitali Balasanyana qarşı sui-qəsdlə bağlı hökm çıxarıb.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə qəsdin iştirakçıları Aru Avetyan 11, Sergey Arutunyan isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaqın məlumatına görə, 2013-cü il dekabrın 29-da məhkum edilənlər Xankəndi şəhərindən Əsgərana gedən Vitali Balasanyanın maşınına partlayıcı qurğu yerləşdiriblər. Lakin yolda sərt dönmə əmliyyatı yerinə yetirən zaman bomba maşından yerə düşüb və Balasanyan tərəfindən aşkar edilib. “Sui-qəsdə cəhd” və “qanunsuz partlayıcı maddə hazırlama” maddəsi ilə mühakimə edilən Aru Avetyan və Sergey Arutunyan isə öz günahlarını etiraf etməyiblər.

Qeyd edək ki, 1959-cu ildə anadan olan Balasanyan Qarabğ müharibəsi zamanı Əsəgəran rayonu istiqamətində separatçıların komandiri olub. Buna görə general-mayor rütbəsi və “Qarabağın Milli Qəhrəmanı” adlarını qazanıb. 2012-ci il aprelin 28-də keçirilən qanunsuz prezident seçkilərində Vitali Balasanyan 32,5 faiz səs toplayaraq separatçıların hazırki lideri Bako Saakyana məğlub olub.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?