Modern.az

100 kiloya çatmasan ərə getməyəcəksən! – Dünya xalqlarının qəribə adətləri

100 kiloya çatmasan ərə getməyəcəksən! – Dünya xalqlarının qəribə adətləri

12 İyul 2014, 11:07


Hər insanın xarakterində fərqlilik olduğu kimi, hər ölkənin də illər ərzində formalaşan adət-ənənələri mövcuddur. Bəzən bu adət-ənənələr bizə çox qəribə gəlir, bəzən də gülməli. Amma bu fərqliliklər dünya mədəniyyətinə bir rəngarənglilik qatır.

Modern.az sizi bəzi dünya ölkələrinin maraqlı adətləri ilə tanış edir.

Taylandda kral ailəsi fərqli dildə danışır. Bunun nəticəsində də ailədə danışılan hər şey sirr olaraq qalır.

Botsvanada Yeni il və Yeni il adətləri çox vacib hesab olunur. Bu adətlərə görə evli cütlüklər bayram gecəsi cinsi əlaqədə olmalıdır. İnanca görə, bu onlara şans və var-dövlət gətirir. Onlar birlikdə uğurlu bir il yaşayırlar.

Çexiyaya fərqlilik gətirən adətlərdən biri onların alkoqollu içkinin içində üzməsidir. Bu içki pivədir ki, çexlərin dediyinə görə, pivə insan dərisinə, sağlamlığına çox xeyir edir. Hələ üstəlik, onların fikrincə pivə həm də psixoloji cəhətdən də insana müsbət təsir edir.

İspaniyada bir çox fərqli adətlər var ki, bu adətlər bir çoxlarına tanışdır. Məsələn, buğa güləşi, pomidor festivalı və s. Hər il avqust ayının son Çərşənbə günü pomidor festivalı keçirilir. Üstəlik insanlar bir-birinə pomidor atmaqdan çox böyük həzz alırlar.  

İtaliya pasxaya 40 gün qalmış Ponti bölgəsinin sakinləri min yumurtadan bişirilmiş omleti yetir.

Mavritaniyada qız evlənmək istəyirsə ən az 60, ən çoxu 100 kq çəkiyə çatmalıdır. Hələ vay o gündən ki, həmin qızlar yemək yeməyi rədd etsinlər, zəif qalmaq istədiklərini desinlər, cəzalandırılırlar.

Fransada 25 noyabr xüsusi gün olaraq qeyd olunur. Həmin gün bütün evli qadınların müqəddəs hamisi rahibə Katerinaya ibadət edirlər, ona öz sevgilərini göstərirlər. 25 yaş və bu yaşdan yuxarı olan qadınlar tez bir zamanda istədikləri insanla evlənmək üçün dua edirlər və bir-birinə şlapa hədiyyə edirlər.

Şimali Koreyada qadınlar 25, kişilər isə 27 yaşına qədər evlənmirlər. Bu qanuni olaraq qadağan olunub.

İngiltərədə pendir yumbalatma yarışı keçirilir.

İslandiyada it saxlamaq qanunla qadağan olunub.

Kolumbiyada evli cütlüyün ilk gecəsində, gəlinin anası onların yanında olur.  

Laosda qadınlar ayaqları qətiyyən görünməməlidir. Çünki, ayaqların təhrikedici olduğuna inanırlar.

Şotlandiyada toydan bir gün əvvəl gəlin ailəsinin arasında oturur və ayaqlarını uzadır ki, hər kəs onları yusun. Bunun mənası yeni cütlüyün evlilik yolunda təmiz addımlar atmasıdır.  Həm də gəlin toy zamanı hər iki ayaqqabısının içinə qəpik qoyur.

Rüfanə GÜNƏŞ    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı