Modern.az

Düşmənə girov düşən Dilqəm müəllim... - VİDEO

Düşmənə girov düşən Dilqəm müəllim... - VİDEO

15 İyul 2014, 13:05

İki kəlbəcərli Kəlbəcərdə - işğal altındakı dədə-baba torpağında girov götürülüb: Dilqəm Əhmədov və Şahbaz Quliyev. Onlarla yola çıxan bir cəbrayıllı isə öldürülüb. Üçüncü soydaşımızın kimliyi hələ dəqiqləşməyib.

Onlar uzun illərdir gizli yollarla Kəlbəcərə gedib yurd yerlərindən videoçəkilişlər edirdilər. Qayıdandan sonra həmin vedoçəkilişlər Youtube sosial şəbəkəsində yerləşdirilirdi. O çəkilişlərə heç şübhəsiz ermənilər də baxırdılar. Və düşmən onları necə deyərlər göydə axtarırdı.
Çox təəssüf ki, qorxu bilməz insanlar bu dəfə ilişdilər - girov düşdülər. Bir neçə gün öncə işğal altındakı Kəlbəcərə gedən bu mərd insanlar düşmən əlinə keçdilər.
İndi ermənilər hay-haray çəkir, dezinformasiyaları bir-birnin ardına düyünləyirlər ki, guya iki “kəşfiyyatçı” ələ keçirib, birini də öldürüblər.

Aşağıdakı şəklə diqqətlə baxın, Dilqəm Əhmədovdur. Hamı onu “Dilqəm müəllim” kimi tanıyır. Tutularkən çəkilən bu şəkildə üzündəki ifadə düşmənə bütün nifrəti əks etdirir, yalvarış, qorxudan isə əsər-əlamət yoxdur. O, yəqin ki, bir gün tutula biləcəyini mümkün sayırdı və buna rəğmən qorxu-hürkünü göz altına almışdı. Qorxu və nifrət onu bu yoldan saxlaya bilməzdi.
Çox təəssüf ki, bu dəfə ələ keçdilər...

Ermənilərin yaydığı aşağıdakı videoda bir mesaj da var, Dilqəm Əhmədovun dilindən çoxluğa ünvanlanmış mesaj - "qorxmayın, gəlin doğma torpaqlara!..."



A.Qorxmaz
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi