Modern.az

Bir qızı öldürən iki kişinin dəhşətli edamı

Bir qızı öldürən iki kişinin dəhşətli edamı

15 İyul 2014, 21:25

Somalidə universitet tələbəsi olan bir qızı öldürdüklərinə görə, edama məhkum edilən 2 kişinin cəzası yerinə yetirilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Moqadişo Hərbi Məhkəməsinin rəhbəri Libyan Ali Yerukal yazılı açıqlamasında universitetdə təhsil alan Nefse Osmanı öldürməyə görə, barələrində edam cəzası çıxarılan Hasan Süleyman və Şafi Abdinin bu gün səhərə yaxın güllələndiklərini bildirib. Hər iki təqsirkar ağaca bağlanıb, başlarına torba keçiriləndən sonra amansızcasına güllələniblər.

Digər məlumata görə, gənc qız Türkiyənin bir yardım qurumunda çalışdığı üçün hədəfə alınıbmış. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub