Arxiv
7 İyul 2010, 10:19 | MEDİA
Ekologiyanın qorunmasında KİV-in rolu

st1:*{behavior:url(#ieooui) }

Bu gün Azərbaycan ekologiyasında mövcud problemlərin aradan qaldırılması üçün yetərincə tədbirlər görülür. Məlum olduğu kimi qloballaşan dünyanin ən ciddi problemlərindən biri havanin çirklənməsidi. Hansi ki, hər birimiz bu problemin yaranmasında birbaşa iştirak edirik.  Bakı şəhərində təkcə məişət tullantılari və tullantı qalıqlarından Abşeron yarımadasında havanın orta temperaturunun 1 dərəcə dəyişməsinə səbəb olur. Bu tullantıların açıq şəraitdə yandırılması isə yarana biləcək təhlükə riskini daha da artırır. Rəsmi rəqəmlərə görə 1990-cı ilə nisbətən 2000-ci ildə Azərbaycanda atılan tullantılar 2 dəfə azalıb. Bu problemin aradan qaldırılması üçün 2008-ci ildə prezidentin sərəncamına uyğun olaraq  “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət Bakı Şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini həyata keçirir.

BMT-nin iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilən hesabatına görə, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin ehtimallarına görə, əgər yer kürəsində temperatur bu sürətdə qalxmaqda davam edərsə, 2050-ci ilə qədər hərarət 2-2,5,  2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ  bilər. BMT-nin iqlim dəyişikləri və su mövzusunda hazırladığı digər hesabata görə isə 2050-ci ilə qədər dünyada 2 milyard insan susuz qala bilər. Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatı daha məhduddu. Su təminatına görə, ölkəmiz dünyanın aztəminatlı regionlarından sayılır.  Bütün bu problemlər isə bizi düşünməyə çağırır. Hər birimizin iştirakıçısı olduğu bu problemlərin qarşısını almaq bizim üzərimizə düşür. Havanin korlanması,  çirklənmə və s. problemlərin qarşısının alınmasına nail olmaq üçün əhali məlumatlandırılmalı, maariflənməlidi. Bu isə birbaşa KİV-in üzərinə düşür. KİV vasitəsilə insanlar təlimatlandırılır. Problemlərlə daha yaxşı mübarizə aparmaq üçün KİV bu sahəyə daha çox yer ayırmalıdı.  Məlumat bolluğu insanlara sudan qənaətlə istifadə etməyi, tullantılari küçələrə atmamağı öyrədir. Burada məqsəd əhaliyə düzgün ekoloji məlumatların çatdırılması, ekoloji maarifləndirmə və ekoloji təbliğat işlərinin düzgün təşkil olunmasıdır. KİV nümayəndələrinin ətraf mühitin mühafizəsi, meşələrin qorunması, respublikamızın ekoloji durumu, bioloji müxtəlifliyin inkişafı, su bioresurslarının artırılması, qlobal ekoloji problemlərlə bağlı sorğularını cavablandırmaq, mütəxəssislərlə, cavabdeh şəxslərlə müsahibələrin, televiziya çəkilişlərinin  təşkili də sektorun fəaliyyətinin əsas istiqamətlərinə daxildir.

Onu da deyək ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi Respublikada aparılan sosial iqtisadi islahatların tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin daim ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində saxlaması, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir. Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf  prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi  istiqamətdə ardıcıl tədbirlər görülür. Təkcə ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin  Sərəncamları ilə təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Hidrometeorologiyanın İnkişaf Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması  və səhralaşmanın qarşısının alınmasına dair” proqramlarda  nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilib. Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarına əsasən yaradılmış modul tipli çirkab su təmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunub. “Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üzrə bəzi tədbirlər haqqında” Sərancamlara əsasən mərkəzləşmiş şəkildə təmiz suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz içməli su ilə təmin edilməsi istiqamətində fəaliyyət davam etdirilir. Proqram çərçivəsində 12 rayonun 122 kəndində işlər yekunlaşmış və nəticədə 224 min əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Əlavə olaraq 18 rayonun 62 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində iş gedir. Quraşdırılmış qurğulardan 60-ı 2009-cu ildə istifadəyə verilib. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanıb. Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56422  kubmetr civə tərkibli toksiki tullantılar 2007-2009-cu illərdə, o cümlədən 2009-cu ildə 23,5 min m3-i görülmüş tədbirlər nəticəsində Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmiş və bu proses hesabat ilinin ortalarında tamamilə başa çatdırılmışdır.  Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmaqdadır. Bununla bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilmiş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin «Zooloji Parkın yaradılması  haqqında» Sərəncamının icrası ilə əlaqədar tender keçirilmiş və müvafiq tədbirlərin görülməsi davam etdirilir.  “Əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 10.000,0 min manat vəsait nəzərdə tutulub.

Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların eroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınmış, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra Təbiət Qoruqları və Yasaqlıqları yaradılıb.

Ölkədə ekologiya sahəsində digər promlem isə meşələrlə bağlıdı.  Meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləyib. Bəzi qiymətli ağac və kol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalmıb. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə eroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olub. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir

Ekoloji təqvim günlərində (Yer günü, Ətraf mühit günü, Dəniz günü və s.)  KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər təşkil olunmuş, təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universiteti, Texniki Universitet və Neft Akademiyası və digər ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə ekoloji mövzularda seminar məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində Nazirliyin təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilmişdir. Heyvanların mühafizəsi və quşların müşahidəsi günlərində heyvan və quş növlərinin öyrənilməsi eləcə də mühafizəsi ilə əlaqədar QHT və KİV nümayəndələrinin, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib. Seminarda biomüxtəlifliyin qorunması, mühafizə olunması barədə müzakirələr aparılib, məruzələr edilib, jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Tədbirin sonunda Salyan rayonunun 4 orta məktəb şagirdləri arasında bu günlə bağlı breyn-rinq yarışı keçirilmiş və qaliblər mükafatlandırılıb. Ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə “Şəhərin zibillənməsi”, “Havanın çirklənməsi”, “Səhralaşma” və “Nərəkimiləri birgə qoruyaq” mövzularında çəkilmiş reklam çarxları televiziya kanallarında yayımlanıb. Həmçinin, qeyd olunan 4 reklam çarxlarından ibarət hazırlanmış 500-ə yaxın disk şəhər və rayon İcra Hakimiyyətlərinə, o cümlədən orta məktəblərə paylanılmışdır.   Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən mütəmadi olaraq əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən 800-dən artıq müxtəlif tədbirlər, o cümlədən seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmuş, 30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində təklif və sorğular müzakirə edilmiş və onların həlli istiqamətində tədbirlər həyata keçirilib.

Gülər Nizamiqızı

 

Yazı “Azərsun Holdinq”, “Mətanət A” və “Millennium Turizm” şirkətlərinin dəstəyi ilə “EKO-2010” Gənclər  Kaolisiyasının elan etdiyi müsabiqəyə təqdim olunur

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45