Modern.az

Arvadına xəyanət edən məmurlar partiyadan qovulacaq

Arvadına xəyanət edən məmurlar partiyadan qovulacaq

17 İyul 2014, 15:12

Çində həyat yoldaşına xəyanət edən məmurlar işdən çıxarılacaq və Kommunist Partiyası üzvlüyündən məhrum olunacaqlar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət qulluqçularının davranışlarına nəzarət etmək üçün Çin Kommunist Partiyasının  mərkəzi komissiyasına xüsusi tapşırıq verilib. Bu, həm də korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçiriləcək. Çünki Çin məmurlarının əksəriyyəti sevgililərini saxlamaq üçün rüşvət almaq məcburiyyətində qalırlar. Məlumatda qeyd edilir ki, təkcə iyun ayının əvvəlindən 6 partiya mənsubiyyəti olan məmur arvadına xəyanət edib. Məsələn, Liu Djijunanın 18 sevgilisi olub, onların arasında aktrisa, tibb bacıları və təyyarədə nizam-intizama baxan işçilər var. Doğrudur, o, tikinti idarəsinin keçmiş rəhbəri və 2001-ci ildə korrupsiyaya görə cəzalandırlan Tszyansunun rekorduna çatmır, amma bir sevgili belə məmurun axırına çıxa bilər. Qeyd edək ki, Tszyansunun 146 sevgilisi olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir