Modern.az

Barak Obama: “Malayziya təyyarəsini Rusiyameyilli separatçılar vurublar”

Barak Obama: “Malayziya təyyarəsini Rusiyameyilli separatçılar vurublar”

19 İyul 2014, 01:08
 

ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi brifinqdə Malayziyaya məxsus  sərnişin təyyarəsinin Ukrayna hava məkanında vurulmasından danışıb.
Modern.az-ın məlumatına görə, Obama təyyarənin vurulub salınmasında Ukraynadakı Rusiyameyilli separatçıların əli olduğnu bəyan edib.
"Biz həqiqətin üzə çıxmasını təmin edəcəyik" deyən Obamanın sözlərinə görə, Rusiyanın dəstəyi olmasaydı, separatçılar danışıqlar masası arxasına oturardı.
"Təyyarə Ukraynada Rusiyameyilli separatçıların nəzarətində olan ərazidən atılan "Yer-hava" raketi ilə vurulub. Həmçinin onu da bilirik ki, son həftələr ərzində bu Şərqi Ukraynada vurulan ilk təyyarə deyil. Rusiyapərəst separatçılar Ukraynanıın nəqliyyat təyyarəsini və vertolyotu vurub, daha sonra bəyan ediblər ki, vurduqları döyüş təyyarəsidir. Biz bilirik ki, separtçılar daim Rusiyadan dəstək alır. Rusiyadan onlara silah, həmçinin təyyarələri vurmaq üçün qurğular verilir".

ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını və onu Ukraynada situasiyanı sakitləşdirmək üçün addımlar atmağa çağırdığını deyib.

Bütün dünyanın gözünün şərqi Ukraynada olduğunu vurğulayan Barak Obama regionda əmin-amanlığın bərpa edilməsinə çağırıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir