Modern.az

Deputat və TQDK-nın keçmiş rəhbərindən etiraz: “Keçid ballarını aşağı salmaq düzgün deyil”

Deputat və TQDK-nın keçmiş rəhbərindən etiraz: “Keçid ballarını aşağı salmaq düzgün deyil”

19 İyul 2014, 08:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil müəssisələrinə keçid ballarını aşağı salması cəmiyyətdə birmənalı qarşılanmayıb.  

“150 balla hər hansı ixtisas sahibi olmaq mümkün deyil. Bu, çox aşağı baldır”. Bunu Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

O, keçid ballarının bu dərəcədə aşağı salınmasından narahatdır.

K.Əliyevanın fikrincə, bunun səbəbi Azərbaycanda təhsilin keyfiyyətinin aşağı olması ilə bağlıdır: “Bu uşaqların təhsilə ciddi yanaşmamasından irəli gəlir. Əslində, orta məktəb məzunlarının hamısının yüksək bal toplamaq üçün potensialı var. Əgər ucqar rayonda yaşayan şagird 700 bal toplayırsa, digərləri də toplaya bilər”.

O qeyd edib ki, balların aşağı olmasından nəticə çıxarmaq lazımdır.

TQDK-nın sabiq rəhbəri Vurğun Əyyub isə bunun Azərbaycanda təhsili məhv etmək üçün bir vasitə olduğunu deyib. O bildirib ki, bu, planı doldurmaq üçündur. Təəssüf ki, belə hallar məktəblərdə savadsızlığı artırır: “Mən təklif vermişdim ki, ballar 280-dən aşağı düşməsin. Amma buna əməl edən yoxdur. Bu barədə yazılanları heç oxumuram. Nəticə göz qabağındadır. Vəziyyət acınacaqlıdır. Savadsızlaşma gedir”.

 

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?