Modern.az

Umud Rəhimoğlu: «Yeni müsabiqədə qalib təşkilatlar iştirak edə bilməz»

 Umud Rəhimoğlu: «Yeni müsabiqədə qalib təşkilatlar iştirak edə bilməz»

2 Oktyabr 2009, 17:45

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan edib. Yeni müsabiqə jurnalist təşkilatları və mətbuat fondları üçündür. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyən edilib. Hər qurum bir layihə təqdim edə bilər.

KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu Modern.az-ın müxbirilə söhbətdə bildirib ki, bu dəfə yalnız ötən müsabiqəyə qatılmayan və layihəsi keçməyən təşkilatlar iştirak edə bilər. Onun sözlərinə görə, hər təşkilat il ərzində yalnız bir dəfə müsabiqdə iştirak edə bilər: «Hər təşkilat üçün il ərizndə yalnız bir layihə nəzərdə tutulub. Layihəsi qəbul ounmuş qəzet və ya təşkilatların yenidən bu müsabiqədə iştirak etməsi mümkün deyil. Çünki bir layihəsi qəbul edilmiş təşkilatın elan olunmuş yeni müsabiqədə iştirak etməsi düzgün olmaz».

Xatırladaq ki, yeni müsabiqə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bu ilin iyulunda KİV-lər və media qurumları arasında keçirdiyi müsabiqədə bütün yerlər tutulmadığından elan olunub.

 

Aqil LƏTİFOV

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir