Modern.az

Şirvanda regional QHT-lər üçün seminar keçirilib

Şirvanda regional QHT-lər üçün seminar keçirilib

7 İyul 2010, 18:52

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə layihə təklifinin hazırlanması və layihə idarə olunması mövzusunda region QHT-ləri üçün növbəti seminar keçirib. Seminarda, həmçinin QHT-lərdə mühasibat uçotu və Maliyyə Nazirliyinə illik hesabatın təqdim edilməsi qaydaları, eləcə də Şura tərəfindən maliyyələşdirilən layihələrin icrasının mövcud vəziyyəti və uğurlu nəticələrin əldə olunması üçün tələb olunan işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Şirvan, Sabirabad, Lənkəran, Saatlı, Salyan, Biləsuvar, İmişli, Masallı rayonları QHT rəhbərlərinin, Şirvan şəhər icra strukturları nümayəndələrinin qatıldığı bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov iştirak edib. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?