Modern.az

Dünyanın ən varlı neft maqnatlarından biri azərbaycanlıdır

Dünyanın ən varlı neft maqnatlarından biri azərbaycanlıdır

19 İyul 2014, 10:29

Həyatı neftsiz təsəvvür etmək mümkün deyil, ona görə də neft sənayesi planetdə ən gəlirli sahələrdən biridir, bu təbii ehtiyata da tələbat getdikcə artır və “qara qızıl” satıcıları daha çox varlanırlar. Təəccüblü deyil ki, dünyanın ən varlıları neft aktivlərinə sahib adamlar hesab olunurlar. Böyük var-dövləti olan həmin şəxslər kimlərdir? Modern.az xarici mətbuata istinadən neft maqnatlarının yeni reytinqini təqdim edir. Bəri başdan qeyd edək ki, onlardan biri də Rusiyanın “Lukoyl”şirkətinin rəhbəri Vahid Ələkbərovdur.

 

Devid və Çarlz Kox qardaşları

Atalarından miras qalan bu bizneslə Çarlz və Devid Kox qardaşları həmin siyahıda birincidirlər. Onların varidatı 68 milyard dollar dəyərləndirilir. Bir sözlə, onların Koch İndustries şirkətinin başlanğıcda yalnız neft hasil edən texnikaları vardı, ancaq qardaşlar kifayət qədər tez müddətdə aktivlərinin paketini neft emal edən zavodları, neft kəmərləri, kimya sənayesi, polimer və lift sahələrini ələ keçirməklə genişləndiriblər. Beləliklə, şirkət böyüklüyünə görə ABŞ-da ikinci olub. Onların törəmə Flint Hills Resources neft-qaz şirkəti ildə 300 milyon tondan çox neft istehsal edir. Qardaşları bu səbəbdən ekoloqlar sevmirlər, ancaq bu, onları az maraqlandırır. Artıq uzun illərdir Çarlz və Devid Respublikaçılar Partiyasını dəstəkləyirlər.


Mukeş Ambani

Siyahıda ikinci yerdə 21,5 milyard dollarla hindistanlı Mukeş Ambanidir. O, öz kapitalını varlı valideynlərinin iştirakı ilə qazanıb. Ambani bir zamanlar parça istehsal edən Reliance İndustries şirkətini yaradıb. Ancaq 2008-ci ildə onların yaratdığı törəmə şirkətinə daxil olan Qudjaratadakı neft emalı zavodları kimi bu gün dünyanın ən iri zavodudur. İstehsal gücü sutkada 1,24 milyon barreldir.


Viktor Vekselberq

“Sibir-Ural alüminium” Açıq Səhmdar Cəmiyyətinin yaradıcılarından biri olan Viktor Vekselberq özünün ilk kapitalını metallurgiya sektorunda əldə edib, bundan sonra adıçəkilən şirkət RUSAL tərəfindən “yeyilib”. Təxminən həmin vaxt biznesmen neft-qaz sektoru ilə maraqlanıb və onun “Renova” şirkətlər holdinqi THK-BP-nin səhmdarı olub. Bundan sonra “Rosneft” THK-BP-ni almaqla bağlı razılaşanda Vekselberq bir müddət Rusiyanın ən varlı adamlarından biri olub. Bu gün onun var-dövləti 17,2 milyard dollar dəyərləndirilir.


Mixail Fridman

Rusiyanın ən iri maliyyə-sənaye “Alfa-qrup”un yaradıcılarından biri olan Mixail Fridman 16,5 milyard dollarlıq varidatı ilə siyahıda dördüncüdür. O, varidatının böyük hissəsini THK-BP ( o vaxt böyüklüyünə görə üçüncü olan), “Alfa-Qrup” və Rosneft”ə məxsus olan - aksiyalarının 90 faizin satmaqla əldə edib.


Vahid Ələkbərov

Nəhayət, azərbaycanlı Vahid Ələkbərov 14,8 milyard dollarla bu siyahıda beşinci olan yeganə adamdır ki, karyerasını məhz neft-qaz sektoru ilə qurmağa başlayıb. Ələkbərov əmək fəaliyyətinə buruq ustası kimi başlayıb, sonra növbə rəisi olub, neft və qaz emalı üzrə usta, baş mühəndis də işləyib. Ardınca “Başneft”in baş direktorunun müavini olub, sonra isə SSRİ neft və qaz nazirinin müavini işləyib. Sovet İttifaqı dağılandan sonra Ələkbərov “LanqepasUrayKoqalmneft” neft konsernini yaradıb, “Lukoyl”un yaradıcısıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir