Modern.az

Azərbaycanda internet TV-lərə daha bir rəqib - ExpertTV-ni çox izləyən çox bilər - REPORTAJ

Azərbaycanda internet TV-lərə daha bir rəqib -  ExpertTV-ni çox izləyən çox bilər - REPORTAJ

19 İyul 2014, 11:32


Modern.az
saytı xeyli vaxtdır ara verdiyi “Redaksiyalardan reportaj” layihəsini davam etdirir. Növbəti reportajımızı Azərbaycanın ilk videoensklopediya televiziyasından - ExpertTV.az-dan hazırladıq. Amma həmişəkindən fərqli olaraq, bu dəfə həmsöhbətimiz layihənin layihənin koordinatoru oldu.

ExpertTV.az müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəsislərin müəyyən mövzular üzrə suallara qısa və görüntülü şəkildə cavablarının toplanıldığı internet portaldır. ExpertTV.az Azərbaycanda fəaliyyətə başlayan ilk videoensklopediyalardan hesab etmək olar. Hazırda dünyada ExpertTV.az-ın analoqları mövcuddur və haqqında danışılan internet portal qurulduğu zaman məhz həmin analoqların təcrübəsindən istifadə olunub.

ExpertTV.az hansı zərurətdən yaradılıb?

Bizimlə söhbətidə layihə koordinatoru Pərvin Quliyev dedi ki, son dövrlərdə informasiya texnologiyalarının inkişafı məlumat mənbələrinin sürətli və daha effektli şəkildə əldə edilməsi imkanlarını genişləndirib.
“Təəssüf ki, məlumatların bu qədər çox mənbələrdən gəlməsi internet məkanında informasiya və bilgi kirliliyinində formlaşmaya gətirib çıxarıb. Hazırda internet istifadəçiləri üçün ən zəruri ehtiyaclardan biri də daha etibarlı mənbələrin müəyyənləşdirilməsi və onlardan istifadə edilməsidir. Belə şəraitdə heç şübhəsiz ki, bilik və təcrübələri şübhə oyatmayan mütəxəsislərin təklif etdikləri məlumatlar daha etibarlı mənbələr olaraq qəbul oluna bilər. ExpertTV.az saytı da  məhz Azərbaycan dilində internet istifadəçilərinin etibarlı məlumatları etibarlı şəxslərdən əldə etmə ehtiyacına duyulan  zərurətdən  yaradılıb”.



Dünyada bu layihənin analoqları varmı?

“Bəli, dünyada bu layihənin analoqları var. Məsələn, “How cast”, “UzmanTV” və sair. ExpertTV.az layihəsi də həyata keçirilməyə başladığı zaman adı çəkilən layihələrdin təcrübəsindən və funksiyalarından istifadə olunub”-deyə Pərvin Quliyev bildirdi.

Bu layihənin perspektivləri nələrdir?

ExpertTV.az-ın rəhbərliyi layihənin perspektivli olacağına inanır. “Perspektivdə qarşıya qoyulan başlıca məqsəd keyfiyyəti və etibarlılığı əsas götürərək istər videoların, istər mövzulıarın, istərsə də ekspertlərin sayını artıraraq saytın faydalılığını yüksəltməkdir”.

ExpertTV-nin internet TV-lərdən fərqi nədir?



Pərvin Quliyevin sözlərinə görə, ilk növbədə bunu bilmək lazımdır ki, ExpertTV internet televiziyası deyil və onun prinsipləri əsasında qurulmayıb.
“Doğrudur internet TV-lərdə olduğu kimi, ExpertTV-nin də başlıca vəzifəsi öz istifadəçilərini məlumat və bilgiylə təmin etməkdir. Amma internet TV-lərdən fərqli olaraq burada canlı yayım, xəbərlər proqramı, müxtəlif məzmunlu və formatlı proqramlar yer almır. Qısaca olaraq Expert TV-ni videoensklopediya adlandırmaq daha doğru olardı. Çünkü özündə daha çox ensklopediya formatını çəmləyib”.

TV ictimaiyyət tərəfindən necə qarşılandı?

Fəaliyyət göstərdiyi son 1 il ərzində expertTV artıq özünün daimi izləyici kütləsini toplamaqla yanaşı, bir neçə internet yarışmalarının mükafatçısı və nominantı olub.
“Nəzərə alsaq ki, bu kimi yarışmalar həm expertlərin, həm də ictimaiyyətin dəyərləndirilməsi əsasında keçirilir, belə bir qənaətə gəlmək olar ki, ümumiyyətlə ictimaiyyətin münasibəti kifayət qədər müsbət olub. Tərəfimizdən keçirilən sorğuların nəticələri onu göstərir ki, Azərbaycan dilli internet istifadəçisi bu dildə fəaliyyət göstərən videoensklopediyaya ciddi bir ehtiyac duyur və əgər ExpertTV özünü doğruldub funksionallığını artırarsa, mövcud ehtiyacı qarşılaya bilər” – P.Qiliyev bildirdi.



ExpertTV gəlirli bir layihədir?

ExpertTV layihəsi faktiki olaraq reallaşırılması bahalı olan bir layihədir. Bunu da həmsöhbətimiz bildirdi. Onun sözlərinə görə, layihənin müvəffəq olan analoqları da ilkin mərhələdə ciddi investisiyalar cəlb edilərək, öz hədəflərinə çatıb və rentabelliklərini artırıblar.
“Hazırda ExpertTV müəyyən gəlirlər əldə etsə də, hələ də tələb olunan səviyyəyə gəlməyib. Unutmamaq lazımdır ki, EexpertTV bir kommersiya layihəsidir və bu layihənin müəyyən səviyyəyə gəlməsi onun gəlirliyinin də artmasına gətirib çıxaracaq”.

Gələcək planlar…

Pərvin Quliyev deyir ki, gələcək planları ExpertTV-nin potensialını daha da inkişaf etdirməkdir. “Bu istiqamətdə qarşımıza qısa, orta və uzun müdətli hədəflər qoymuşuq. Artıq qarşımıza qoyduğumuz qısa müddətli hədəfləri reallaşdırb, növbəti mərhələyə keçirik. Növbəti mərhələdə çalışacağıq ki, saytda videoların, mövzuların və expertlərin sayını artırmaqla layihəni istifadəçilər üçün daha fuksional hala gəirməkdir”.
EkspertTV-də demək olar ki, cəmiyyətdəki bütün sahələr üzrə məsələlərdə eksperetlər fəaliyyət gösətirir. Mözulara və suallara rəy bildirlər. Bu günə qədər 148 mövzu olub və 67 ekspertdən münasibət öyrənilib.

Layihə koordinatoru Pərvin Quliyev deyir ki, yaxın vaxtlarda ekspertlərin sayı 100-ə çatacaq.

Ofisdə müzakirələr və qərarlar idarə heyəti tərəfindən aparılır. 5 nəfərdən ibarət idarə heyəti var, həftəiçi hər gün səhər saat 11-dən axşam 6-ya qədər iş olur. Həftəsonları isə ofisdə iş olmasa da, çəkilişlər davam edir.



Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub