Modern.az

Ölkələrin qəribəlikləri - qadınlar 25, kişilər 27 yaşadək evlənə bilməzlər - SİYAHI

Ölkələrin qəribəlikləri - qadınlar 25, kişilər 27 yaşadək evlənə bilməzlər - SİYAHI

20 İyul 2014, 11:35

Hər insanın xarakterində fərqlilik olduğu kimi, hər ölkənin də illər ərzində formalaşan adət-ənənələri mövcuddur. Bəzən bu adət-ənənlər bizə çox qəribə gəlir, bəzən də gülməli. Amma bu fərqliliklər dünya mədəniyyətinə bir rəngarənglilik qatır.

Modern.az saytı sizi bəzi dünya ölkələrinin maraqlı adətləri ilə tanış edir.

Tayland - Bu ölkədə Kral ailəsi fərqli dildə danışır. Bunun nəticəsində də ailədə danışılan hər şey sirr olaraq qalır.

Şotlandiya - Dünya insanları arasında daha çox xəsis olaraq bilinən şotlandlar “Hogmanay” adlandırdıqları və yeni ildən əvvəl qeyd etdikləri əyləncələri ilə diqqət çəkirlər. Belə ki, çəlləklərin içinə zift ve talaş doldururlar. “Klavye” adını verdikləri bu əşyalara od vururlar. Bununla da “Klavye” yandırma gecəsini açıq élan edirlər. Alovlanan çəlləkləri qəsəbə boyunca gəzdirirlər. Onlar bu üsuldan istifadə etməklə cadugərləri uzaqlaşdırırlar.

Botsvana - Dünyanın hər yerində olduğu kimi, Botsvanada da Yeni il və Yeni il adətləri çox vacib hesab olunur. Bu adətlərə görə, evli cütlüklər Yeni ilin gəldiyi gecə cinsi əlaqədə olmalıdır. İnanca görə, bu onlara şans və var-dövlət gətirir. Onlar birlikdə uğurlu bir il yaşayırlar.

Çex Respublikası - Bu ölkəyə fərqlilik gətirən adətlərdən biri onların alkollu içkininin içində üzməsidir.Bu içki pivədir ki, çexlərin dediyinə görə, pivə insan dərisinə, sağlamlığına çox xeyir edir. Hələ üstəlik, onların fikrincə pivə həm də psixoloji cəhətdən də insana müsbət təsir edir. Buna görə də, pivə hovuzları Çex Cumhuriyyətində adət halını alıb. Eynilə Asiyadakı yaşıl çay və şərab hahamları kimi.

İspaniya - Buraad bir çox fərqli adətlər var ki, o adətlər bir çoxlarına tanışdır. Məsələn, öküz döyüşü, pomidor festivalı və.s. Hər il avqust ayının son çərşənbə günü pomidor festivalı keçirilir. Üstəlik insanlar bir-birinə pomidor atmaqdan çox böyük həzz alırlar.

İtaliya - Makaronu, pizzası ilə məşhur bir ölkədir. Amma onlar həmişə bu yeməklərlə qidalanmırlar. Pasxaya 40 gün qalmış italiyanın Ponti bölgəsinin sakinləri 1000 yumurtadan bişirilmiş bir homleti yeyir.

Mavritaniya - Bu ölkədə dünyada olan qaydaları alt-üst edəcək qaydalar keçərlidir. Məsələn, burda bir qız evlənmək istəyirsə, ən az 60, ən çoxu 100 kiloqrama çatmalıdır. Hələ vay o gündən ki, həmin qızlar yemək yeməyi rədd etsinlər, zəif qalmaq istədiklərini desinlər, cəzalandırılırlar. 

Fransa -  Fransada 25 noyabr xüsusi gün olaraq qeyd olunur. Həmin gün bütün evlənməmiş qadınların əzizi olan rahibə Katerinaya ibadət edirlər, ona öz sevgilərini göstərirlər. 25 yaş və bu yaşdan yuxarı olan qadınlar tez bir zamanda istədikləri insanla evlənmək üçün dua edirlər və bir- birinə kepka bağışlayırlar.

Şimali Koreya -  Bu ölkədə qadınlar 25, kişilər isə 27 yaşına qədər evlənmirlər. Bu qanunla olaraq qadağan olunub. Qanuna görə, bir qadın və bir kişi evliliyə doğru addım atırsa, onun dövlət qarşısında heç bir öhdəliyi qalmamalıdır.

Cənubi Afrika
Respublikası - CAR hələ də qəbilə adətlərindən birini, çoxarvadlılıq yəni “poligami” sistemini davam etdirir. Yəni bir kişi nə qədər çox qadınla evli olsa, o qədər yaxşı hal sayılır. Yəni o kişinin etibarı buna bağlıdır.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?