Modern.az

Eduard Şevardnadzenin vəziyyəti pisləşib

Eduard Şevardnadzenin vəziyyəti pisləşib

Təhsil

8 İyul 2010, 09:49

Gürcüstan kütləvi informasiya vasitələri ölkənin sabiq prezidenti Eduard Şevardnadzenin sağlıq durumunun qəfil pisləşməsi barədə məlumat yayıb. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki,  Eduard Şevardnadzenin mətbuat xidməti bu məlumatları təkzib edir. Mətbuat xidməti bildirir ki, Şevardnadzenin vəziyyətinin pisləşmsi barədə məlumatlar həqiqəti əks etdirmir və eks-prezidentin həyatı  əvvəlki ritmdə davam  edir və o, özünü yaxşı hiss edir.

Mətbuat xidməti onu da əlavə edib ki, eks prezidentin sağlıq durumunun pisləşməsi barədə məlumatların yayılması mütəmadi xarakter daşıyır və bu cür yalan məlumatlar onlar üçün gözlənilməz deyil.

Amma gürcü mediası yazır ki, Eduard Şevardnadzenin mətbuat xidməti həqiqəti gizlətməyə çalışır. Şevardnadzenin sağlıq durumu doğrudan da pisləşib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə