Modern.az

Abituriyentlərin imtahan nəticələri ildən-ilə aşağı düşür - Təhsil eksperti narahatdır

Abituriyentlərin imtahan nəticələri ildən-ilə aşağı düşür - Təhsil eksperti narahatdır

21 İyul 2014, 10:44


“Kefiyyətin aşağı olması buraxılış imtahanlarında özünü göstərmişdi”, - bunu Modern.az-a  qəbul imtahanlarındakı  test suallarını  müzakirə edərkən təhsil üzrə ekspert  Etibar Əliyev deyib.

Ekspertin sözlərinə görə, abituriyentlərin ildən-ilə göstərdiyi aşağı nəticələr onu deməyə əsas verir ki, testlərdə ciddi çətinlik və dəyişiklik olmayıb.

O qeyd edib ki, bu il də aşağı  nəticə göstərənlərlə yüksək bal toplayan abitiruyentlər arasında uçurum var.

Fənnlər üzrə testlərin çətinləşdirilməsi məsələsinə gəlincə isə, ekspert hesab edir ki, əgər məktəb proqramından kənara çıxma halı olsa, o zaman testlərdə  ciddi dəyişklik müşahidə oluna bilər.

“ Biz test imtahanlarının nəticəsində müəllimlərin iradlarına rast gəlməmişik”.

Təhsilin səviyyəsinin aşağı olduğunu vurğulayan E. Əliyev buraxılış imtahanında 8 suala cavab verə bilməyən abituriyentin qəbul imtahanında 25 suala cavab verə biləcəyinin mümkünsüz olduğunu deyir.

“ Xüsusən I qrupun imtahanında aşağı nəticənin olması onların 3 fənni (riyaziyyat, fizika, kimya) mənimsəyə bilməmələri ilə bağlıdır”.

Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı