st1:*{behavior:url(#ieooui) }
Yelisey Sarayını yeni qalmaqal bürüyüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada nəşr olunan “La Republika” qəzeti prezident Nikola Sarkozini rüşvət qalmaqalında ittiham edən sensasiyon məqalə dərc edib. Sarkozinin keçmiş mühasibi Lilian Betankur iddia edir ki, Sarkozi çoxsaylı konvertlərdə, 2007-ci ildə isə seçki kampaniyası dövründə 150 min avro alıb. Bu pullar Sarkozinin xəzinadarı Erik Vertuya çatdırılıb. Betankur adı çəkilən qəzetə müsahibəsində qeyd edir ki, Neyi şəhərinin meri olan Sarkozi konvertlərdə hədiyyələr alıb. Sarkozinin ətrafı isə bu pulların seçki kampaniyasına sərf olunduğunu bildiriblər.
Dövlət başçısı qalmaqalla bağlı münasibətini belə bildirib: “Bu, heç bir real sübutu olmayan böhtandır, məqsəd çirk atmaqdır”.
Qəzetin yazdığına görə, Sarkozinin sözlərinə baxmayaraq, qalmaqal dərinləşməkdədir. Artıq məhkəmə araşdırılması gözlənilir. Polislər keçmiş mühasibin Sarkozinin aldığı rüşvətlərin qeydiyyatını apardığı dəftəri gəzir. Qəzet yazır ki, bu qalmaqal hakimiyyətin Paris saraylarını silkələyəcək. Bəzi siyasətçilər hesab edir ki, ittihamlara cavab vermək üçün prezident xalq qarşısında çıxış etməlidir. Bəzi siyasətçilər isə hökumətin istefasını tələb edir. Ötən prezident seçkisində Sarkozinin rəqibi olmuş Seqolen Ruayl da kəskin tənqidi bəyanatla çıxış edərək Sarkozinin hakimiyyətini korrupsiyalaşmış sistem adlandırıb.