Modern.az

İlham Əliyev Zaqatala açılışda iştirak edib

İlham Əliyev Zaqatala açılışda iştirak edib

Təhsil

8 İyul 2010, 12:49

İyulun 8-də Prezident İlham Əliyev Zaqatala rayonuna səfər edib. İlham Əliyev Zaqatalada Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. İyulun 8-də Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak edib. Prezident müəssisə ilə yaxından tanış olub. (AzərTAc)
Bildirilib ki, “Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılıb. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri var. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir. Məqsəd Zaqatalada kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır. Südtoplama məntəqəsinə qəbul edilən xammal müəssisədə pasterilləşdirilir və müvafiq məhsulun istehsalı üçün avtomatik olaraq aidiyyəti sexə göndərilir.
Ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalını həyata keçirən zavodda onlarla sakin işlə təmin olunub. Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi. Dövlət başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxıb. 

İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində “İntertabako” MMC-nin tütün emalı zavodunun açılışında iştirak edib.
Prezident müəssisə ilə yaxından tanış olub. Bildirilib ki, iki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulub. Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcək.
Prezident İlham Əliyev müəssisəni işə salıb.

İlham Əliyev Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə də tanış olub.
Prezident Mədəniyyət evinin yaxınlığında müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış olub.
Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Prezidenti Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə