Modern.az

Kapital Bankın 25000 manat qazandıran lotereyası

Kapital Bankın 25000 manat qazandıran lotereyası

22 İyul 2014, 10:15

Kapital bankın depozit məhsulları üzrə elan etdiyi lotereya kampaniyası başa çatıb. Modern.az-ın məlumatına görə, iyulun 21-də Fairmont oteldə təşkil olunan tədbirdə sonuncu tiraj keçirilib və loteryanın 25 min manatlıq əsas uduşunun qalibi müəyyənləşib. Lotereyanın şərtlərinə görə, 50 gün ərzində Bankda əmanət yerləşdirən müştərilərdən hər gün 1 nəfər şanslı əmanətçi 500 manat qazanırdı. Kampaniya dövründə ümumilikdə 50 nəfər Kapital Bankdan 500 manat əldə edib. İyulun 21-də isə bir müştəri super-priz olaraq 25000 manat qazanıb. 

Qeyd edək ki, bu, son illərdə Kapital Bankın sırf depozit məhsulları üzrə keçirdiyi ilk belə kampaniyadır. Kampaniya müştərilər tərəfindən böyük maraqla qarşılanıb. Yeni depozit məhsullarının təqdim edildiyi 20 may 2014-cü il tarixindən müxtəlif depozit növləri üzrə Kapital Bankın 50 milyon manata yaxın depozit cəlb olunub. 

Kapital Bankın təqdim etdiyi yeni depozit məhsullarının şərtləri indi daha sərfəlidir. İllik faiz dərəcəlri depozitin müddətindən və növündən asılı olaraq 15%-ə qədər artırılıb. Bundan başqa, indi depozit hesabındakı məbləği rahatlıqla artırıb azaltmaq imkanı da var. Bankda vəsait yerləşdirən müştərilərə dəyərli ödəniş kartları hədiyyə edilir. Üstəlik, onlara istədiklərindən asılı olaraq çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır. Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 10 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

  

Rüfanə GÜNƏŞ     

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı