Modern.az

Xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu başladı

Xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu başladı

Təhsil

22 İyul 2014, 11:21



Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə xüsusi istedadlı uşaqların qəbulu ilə bağlı elektron ərizə qəbulu başlanıb. Modern.az-ın məlumatına görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən məktəblərə elektron ərizə qəbulu avqustun 20-dək aparılacaq. Elektron ərizə qəbulu üçün vətəndaşlar bu linkdən (//www.bakuedu.az/bono/) istifadə etməklə öz uşaqlarını  qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır