Modern.az

“Əllərin möcüzəsi” adlı layihə başa çatdı - FOTO

“Əllərin möcüzəsi” adlı layihə başa çatdı - FOTO

22 İyul 2014, 11:30

“Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin Azərsun Holdinq ilə birlikdə   həyata keçirdiyi “Əllərin möcüzəsi” adlı layihə başa çatıb. Modern.az xəbər verir ki, layihənin başa çatması münasibətilə tədbir keçirilib. Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasında reallaşdırılan layihə çərçivəsində dispanserdə müalicə alan şəxslərə əl işləri öyrədilmiş, onların bacarıqları üzə çıxarılıb. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov demişdir ki, reabilitasiya məqsədilə öyrədilən əl işləri ilə yanaşı insanlara rəssamlıq da öyrədilib. Layihə xüsusi qayğıya ehtiyacı olan insanların həyatında müstəsna rol oynayıb.

Azərsun Holdinqin humanitar məsələlər şöbəsinin müdiri Rüfət Qasımov və “bacarıqlı Əllər Dünyası” İB-nin sədri Azadə Paşaqızı bu cür layihələrnin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə müddətində ev şəraitində fiziki qüsurlu şəxslərə də əl işləri öyrədilib. Çətin və məsuliyyətli layihə uğurla başa çatıb.  Layihə çərçivəsində əl işi öyrədilən şəxslərin yaradıcılığından bəhs edən  sərgi də təşkil olunub. Qeyd edək ki, bu “Bacarıqlı Əllər Dünyası İB-nin Azərsun Holdingllə reallaşdırdığı ilk layihə deyil. “Bacarıqlı Əllər Dünyası" İctimai Birliyi və Azərsun Holdinq 2013-cü ildə birlikdə “Gələcəyini öz əllərinlə qur" adlı layihə həyata keçirib. Layihə çərçivəsində fiziki qüsurlu internat evlərində, Daun sindromlu insanlara, görmə qabiliyyəti zəif  olan uşaqlara əl işləri və dil dərsləri öyrədil. Layihə uğurla başa çatıb.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir