Modern.az

QHT-lərin siyasi partiyalarla sərhədləri müəyyənləşməlidir

QHT-lərin siyasi partiyalarla sərhədləri müəyyənləşməlidir

Qarabağ

8 İyul 2010, 13:42

QHT sistemində normal müzakirələrin aparılması,  inkişafa  xidmət  edən  təkliflərin  səslənməsi çox faydalıdır. İctimai dəyərlər üzərində formalaşan  indiki QHT-lərin  təkmilləşməsi  və vətəndaş cəmiyyəti olaraq öz obyektiv, qərəzsiz mövqeyini təsdiq etməsi  zəruridir.  Son dövrlər bəzi şəxslərin  QHT-yə Dövlət  Dəstəyi Şurasından maliyyə vəsaiti  alan təşkilatlar və  digər məsələlər haqqında   səsləndirdikləri  qərəzli fikirlər   məni bu yazını  yazmağa məcbur etdi.

 Bir məsələni  anlamaq, dərk etmək lazımdır ki,  QHT  vəsaiti donordan alır. Lakin  bu o demək deyil  ki,  belə maliyyələşmə QHT-nin tamamilə asılı vəziyyətə salır. Yəni dünyanın hər yerində bu  praktika mövcuddur,  ictimai təşkilatlar   büdcələrinin xeyli hissəni  donordan aldığı vəsait hesabına  təmin edirlər. Burada müxtəlif  ianələr, üzvlük  haqqları və  s. istisna   hal təşkil edir. 

Belə  qərəzli çıxışlara   cavab verməmək də  mümkündür. Lakin cəmiyyətə aydınlıq gətirmək üçün bu məqamlara toxunmağı vacib bilirəm. Əvvəla qeyd etmək   lazımdır ki,  bu gün Azərbaycanda  QHT  sisteminin öz  önəmli istiqamətləri var.  Siyasi partiyaların isə öz strategiyaları  var.   Bəzi şəxslər QHT-ilə   siyasi partiyanı   dəyişik salır.  Nəhayət QHT-ilə siyasi partiyanın  sərhədləri müəyyənləşməlidir.  Dünya təcrübəsindən məlumdur ki, siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır  və  müxtəlif dövlət vəzifələri tutmaq istəyir. Əslində bu  çox normal haldır. Yəni siyasi partiya  hakimiyyətə  rəqibdir.

 Son dövrlər səslənən həmin qərəzli çıxışların mahiyyətində bu məqamlar durur. Bu da ondan qaynaqlanır ki,  partiya mövqeyini, siyasi  düşüncəni   QHT-də tətbiq etməyə çalışmaq təbii ki,  düzgün yol deyil. Çünki  bu  yol vətəndaş cəmiyyətinin   fəlsəfəsinə   yaddır.  QHT   hakimiyyətlə rəqib yox tərəfdaşdır. Həmin  qərəzli çıxış edənlərin  problemi buradan qaynaqlanır. Yəni bu insanlar siyasi asılılqdan çıxa bilmirlər.

Qərb ölkələrinin əksəriyyətində özəl şirkətlərlə  bərabər   dövlət qurumları da  QHT-yə  maliyyəni ayırır   və bəyan edir,  buyur gəl, cəmiyyətin problemlərinin  həllində  yardımçı ol. Dövlətin edə bilmədiyini sən et.  Artıq Azərbaycanda da bu  təcrübə  formalaşır. Sadəcə belə mütərəqqi  ideyaların dərinləşməsinə ehtiyac var.  Mən  jurnalist  tədqiqatı ilə məşğul olan  insan kimi  cəmiyyətdə hər zaman ağı –ağ,  qaranı- qara  görürəm   və       tərəfdarıyam  cəmiyyətdə  ictimai nəzarət  güclü olsun.  Ancaq görülən hər bir iş əxalaqi dəyərlərə  və peşəkarlığa hesablanmalıdır. İstənilən müsabiqədən, tenderdən  narazı qalanlar olacaq.  Çünki hamını razı salmaq mümkün deyil.

Onu da etiraf etmək lazımdır ki, QHT-yə Dövlət Dəstəyi  Şurası  Azərbaycanda vətəndaş cəmiyyəti siteminə   ən optimal variantlatlar,  uğurlu təcrübə gətirib.  Birincisi, ondan başlamaq lazımdır ki,  Şuranın dəstəyilə  Ermənistan –Azərbaycan münaqişəsinin araşdırılması, beynəlxalq aləmə çatdırılması ilə bağlı  kifayət qədər  kitablar  müxtəlif dillərdə  çap olunub,  internet saytları   yaradılıb. Bir çox  sosial-iqtisadi sahələri əhatə edən layihələr  həyata keçirilib. Məgər bunlar azdır.

Ermənilər uzun illərdir qondarma soyqırımlarını yaymaq və tanıtmaq üçün milyonlar sərf edirlər.  Bu gün  haqq səsimizi dünyaya çatdırmaq üçün QHT-yə Dövlət Dəstəyi  Şurası  vəsait  ayırırsa bunun nəyi  pisdir cənablar!   Bunu yalnız aqışlamaq lazımdır.

Əvvəllər məndə düşünürdüm bu təbliğat işini Xarici  İşlər   Nazirliyi və digər dövlət qurumları həyata keçirirsə  bu sahəyə QHT-nin qoşulması  nəyə lazımdır?   Sonradan həmin çap olunan  kitabları  vərəqləyəndə, yeni yaradılan internet saytlarına baxanda  düşünürəm ki,  bu işdə  QHT-nin fəaliyyətinin bir azda genişlənməsinə ehtiyac var. Çünki  qeyri hökümət  təşkilatları  daha effektli   iş görə bilərlər.

Qaldı ki, QHT-də  çalışanların müstəqillik məsələsinə,  bu hər bir kəsin  şəxsi keyfiyyətləri ilə bağlıdır.  Daxilən  azad insanın heç kim  müstəqilliyin əlindən ala bilməz.  QHT-yə Dövlət  Dəstəyi  Şurasından  qrant alan təşkilatlara satılıb demək  bu sadəcə  əxlaqın imitasiyasıdır.  Bəs, onda xarici donorlardan vəsait  alan təşkilatlara nə ad verək?  Hər  şeyə qara eynəklə  baxmaqdansa   görülən işlərə, həyata keçirilən  layihələrin səmərəsinə  vicdanla baxmaq lazımdır.  İstər  milli donordan,  istərsə də xarici  donordan qrant alıb. Azərbaycan cəmiyyəti üçün iş görən  QHT-ləri  alqışlamaq lazımdır.    

  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi