Modern.az

Qəzzada 27 İsrail əsgəri öldürülüb

Qəzzada 27 İsrail əsgəri öldürülüb

22 İyul 2014, 12:15



İsrail ordusu Qəzza zolağında daha iki əsgərinin öldüyünü bəyan edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar başlayandan bəri bu ərazidə ölən İsrail əsgərlərinin sayı 27-yə çatıb. Məlumatda qeyd edilir ki, İsrail hərbçiləri bu qədər itkini yalnız 2006-cı ildə İkinci Livan müharibəsində veriblər.

Qəzza zolağının səhiyyə xidmətindən isə bildirilib ki, iki həftə əvvəl başlayan əməliyyatlar zamanı ölənlərin sayı 600-ə yaxınlaşıb, 3,3 min nəfər isə yaralanıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir