Modern.az

Türkiyə səfirliyi Azərbaycan jurnalistlərini təbrik etdi

Türkiyə səfirliyi Azərbaycan jurnalistlərini təbrik etdi

22 İyul 2014, 12:20



Türkiyənin ölkəmizdəki səfirliyi 22 iyul Milli Mətbuat Günü ilə bağlı Azərbaycan jurnalistlərini təbrik edib. Səfirliyin mətbuat müşaviri Hamit Karadenizin təbrik məktubunda deyilir:              
“1875-ci il iyulun 22-də Azərbaycan xalqının görkəmli maarifçi ziyalısı Həsən bəy Zərdabinin rəhbərliyi ilə ölkənin ilk mətbu orqanı olan “Əkinçi” qəzeti çapa başlayıb. Məhz bu tarix, qardaş Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu münasibətlə bütün media mənsublarını təbrik edir, peşə faaliyətlərində uğurlar arzulayıram”. 

           
Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir