Modern.az

“Qarabağ” bu gün cavab matçına çıxır

“Qarabağ” bu gün cavab matçına çıxır

22 İyul 2014, 12:42



Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” klubu ikinci matçına çıxacaq.

İlk görüşdə səfərdə Maltanın “Valletta” klubunu 1-0 ilə məğlub edən təmsilçimiz bu oyunun da favoriti hesab olunur. Lakin “Qarabağ” bu matça ciddi itkilərlə hazırlaşır. Belə ki, komandanın mərkəz müdafiəçisi Rəşad Sadıqov və cinah müdafiəçisi Maksim Medvedev zədə səbəbi ilə bu matçı buraxacaqlar.

Təmsilçimiz artıq  dünən oyunun keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika stadionunda sonuncu məşqini də edib.

Qeyd edək ki, “Qarabağ”-“Valletta” matçı bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Oyun Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq.  Matçı Belarusiyadan olan hakimlər briqadası idarə edəcək.

Fərrux Həsənli,
Azərbaycan Universitetinin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?