Modern.az

Hüseyn Bağırov media nümayəndələrini təbrik etdi

Hüseyn Bağırov media nümayəndələrini təbrik etdi

Təhsil

22 İyul 2014, 13:32


Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə təbrik edib.

Hörmətli Kütləvi İnformasiya Vasitələrinin Nümayəndələri!

“Sizi 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq. 139 il əvvəl Azərbaycan dövri mətbuatının əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır. İnanırıq ki, indi fəaliyyət göstərən bütün media nümayəndələri jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndirir, Sizi bir daha təbrik edir və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayıram”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!