Modern.az

Qarabağ niyə Təbriz, Borçalı, Dərbənddəki soydaşlarımızın problemi ola bilmir? - TƏHLİL

Qarabağ niyə Təbriz, Borçalı, Dərbənddəki soydaşlarımızın problemi ola bilmir? - TƏHLİL

Aktual

22 İyul 2014, 17:03

Ermən təbliğat maşının təqdimatı əsasında bu günə qədər tarixi Azərbaycan torpağı olan və hazırda Ermənistanın işğalı altına düşən Qarabağ yalnız Azərbaycanda yaşayan azərbaycanlıların problemi kimi qəbul olunur. Ermənilər bilərəkdən məsələni bu istiqamətə yönəltməklə öz havadarlarının köməyi ilə Azərbaycandakı azərbaycanlıları bir növ təkləmək siyasəti yürüdürlər.

Ömründə bir dəfə Ermənstanı görməyən Amerika, yaxud Avropada yaşayan erməni üçün uydurma “Böyük Ermənistan” bir nömrəli məsələ kimi qəbul edildiyi halda, yaşadığı yerlə Qarabağ arasında olan məsafə 100 kilometr olmayan Borcalı, Təbriz, Dərbənd azərbaycanlısı üçün tarixi Azərbaycan torpaqlarını işğal edən erməni məsələsi nədən aktual deyil?!

Bu barədə heç düşündünüzmü?!

Günümüzün içində ermənilər özlərini sanki sayı 30 milyondan çox olan güneyli soydaşımızın, 500 mindən çox olan borçalılının, elə bu qədər də Dağıstanda yaşayan azərbaycanlının dostu kimi qələmə verməyə cəhd edir, guya, onlarla heç bir problemlərinin olmadığını göstərməyə çalışırlar. Buna nail də olurlar.

Məsələyə bu müstəvidən yanaşdıqda nəticə düşmən tərəfin görünməyən, əslində isə böyük qələbəsi kimi də anlaşılmalıdır. Çünki onlar “parçala və hökmranlıq et” siyasəti yürürtməklə hələ də davam edən müharibənin sonunun özlərinin əleyhinə işləməsinə səbəb olan ciddi faktoru tərsinə çevirə biliblər.

Bunun nəticəsidir ki, İranın tərkibində 4 ostanlığa bölünmüş Cənubi Azərbaycan torpağı və 30 milyondan artıq həmyerlilərimiz bu gün erməni – Azərbaycan savaşına müstəqil Azərbaycan Respublikasının daxili işi kimi baxıb, laqeydlik göstərir.

Eyni münasibəti Borçalıda, Dağıstanda yaşayan soydaşlarımız da sərgiləyirlər. Bu, ümumi mənzərədir və fərdi faktorlar burada nəticəni dəyişəcək gücdə deyil.

1918-ci ildə ermənilərin bütün Azərbaycan boyu xalqımıza qarşı törətdikləri soyqırımlarında və digər tarixi məqamlarda Güney Azərbaycanda törətdikləri insanlığa sığmayan oyunlar yaddan çıxmayıb. 

Bir daha tarixə nəzər salıb ermənilərin Güney azərbaycanlılara qarşı törətdiklərini diqqətinizə çatdırmaq istəyirik. 

Bu qədər fakt varkən, Güneydəki soydaşlarımız yenə də bu məsələyə soyuq yanaşa biləcəkmi? 

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin bir tərkib hissəsi də Güney Azərbaycanda törədilmiş erməni-aysor vəhşilikləridir. O zaman Güney Azərbaycanın üç böyük şəhəri erməni fitnəsinin qurbanına çevrildi.

Belə ki, I Dünya müharibəsinin Güney Azərbaycanda yaratdığı mürəkkəb şəraitdən və qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Soyuqbulaq və bu şəhərlərin ətraf kəndlərinə hücum edərək, bazar və evləri çapıb-talamağa, günahsız və silahsız Azərbaycan türklərini böyükdən-kiçiyə görünməyən vəhşiliklə məhv etməyə başladılar.

Belə qırğınlar Urmiyada xüsusi qəddarlıqla həyata keçirilirdi. Yalnız türk ordu hissələrinin həmin bölgəyə daxil olması buradakı kəndlərin, şəhərlərin əhalisinin kütləvi şəkildə soyqırımının qarşısını aldı.

Amma məsələ bununla bitmədi. Güneylilərin yeganə himayəçisi olan Anadolu türkləri oranı tərk etdikdən sonra işğalçılar yenidən öz istəklərini gerçəkləşdirmək siyasətlərini davam etdirdilər.

Yalnız Urmiya bölgəsində ermənilər 150 min, Xoy bölgəsində isə 50 min azərbaycanlını qətlə yetiriblər. Türkiyə ərazisinin Şərqi Anadolu bölgəsində isə 200 min türk qətlə yetirilib.

Beləliklə Rusiya ərazisinə daxil olmayan Yaxın Şərq bölgəsində 400 min azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Azərbaycan Demokratik Partiyası Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə həmin qırğınların qarşısının alınması üçün fəlakət yerlərinə-Şərəfxan, Salman, Urmiya və b. bölgələrə silahlı dəstələr göndərib.

Azərbaycanlıların soyqırımını gözləri ilə görmüş Motemed-Əlvözəra öz qeydlərində belə məlumat verirdi: «Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib. Ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı əhalini qətlə yetiriblər. Qırğın səhəri gün də davam etmişdi. Həmin gün qırğında 10 minə yaxın günahsız azərbaycanlı qadın və uşaq qətlə yetirilmişdi”.

Ermənilər bu cür soyqırımlarını borçalılılara qarşı da törədiblər.

Dərbənddə də soydaşlarımıza eyni aqibət yaşadıblar.

İndi isə özlərini üzdə elə aparırlar ki, sanki Güneydə, Borçalıda və Dağıstanda yaşayan azərbaycanlılarla dostdurlar.

Cünki indiki halda ermənilərin bundan fərqli mövqe nümayiş etdirməsi bütövlükdə Ermənistanın məhvinə gətirə bilər. Ona görə də ermənilər Güneydə , Borçalıda və Dərbənddəki azərbaycanlılara qarşı məkrlərini pərdə arxasında həyata keçirirlər.

 Bəs, gizlin şəkildə bu bölgələrdəki soydaşlarımıza qarşı hansı məkrli əməlləri törədirlər? Dəhşətli faktlar var.

 Modern.az-ı izləyin. 

Elmin Nuri 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi