Matçdan sonra keçirilən mətbuat konfransında A.Mircavadov komandasının oyununa görə üzr istədiyini və «Xəzər Lənkəran»dan getdiyini bildirib.
Xatırladaq ki. «Xəzər Lənkəran» - «Olimpiya» oyunu 1:1 hesabı ilə başa çatıb. İlk oyun 0:0 hesabı ilə yekunlaşdığından növbəti mərhələyə moldovalılar vəsiqə qazanıb.
Avropa Liqasının I təsnifat mərhələsindəki digər klubumuz "Qarabağ” isə Makedoniyada “Metallurq”la cavab oyunundan şərəflə dönüb. İlk oyunda 4:1 hesablı qələbə qazanan "Qarabağ" cavab matçında heç-heçə edib - 1:1.
Avropa Liqasının ikinci təsnifat mərhələsində «Qarabağ»ın rəqibi «Bortdaun» (Şimali İrlandiya) olacaq. Bu komandalar arasındakı ilk matç iyulun 15-də səfərdə, cavab oyunu isə iyulun 22-də Bakıda olacaq.