Gürcüstan hakimiyyəti hesab edir ki, planetin ən yaşlı qadını bu ölkədə yaşayır. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, ən yaşlı qadının 130 yaşı tamam olub. Gürcülər iddia edir ki, Antisa Xviçava 1880-ci il iyulun 8-də anadan olub və o dünyanın ən yaşlı sakinidir. Qoca qarı respublikanın qərbində dağlıq rayonda yaşayır. 1965-ci ildə pensiyaya çıxan Antisa nənə 40 yaşlı nəvəsi ilə yaşayır.