Modern.az

“Antinarkotizm” Mərkəzi narkomaniya əleyhinə təbliğat aparır

“Antinarkotizm” Mərkəzi narkomaniya əleyhinə təbliğat aparır

30 Aprel 2014, 14:48

“Antinarkotizm” Beynəlxalq Elmi-Analitik Mərkəz İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Narkomaniya və HİV-lə yoluxmanın qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə və təbliğat işinin təşkili” layihəsi çərcivəsində Şirvan şəhərində “Narkomaniya uçuruma aparan yol” adlı elmi konfrans təşkil edib.

Konfransın əsas məqsədi təhsil qurumları və mətbuat, nəşriyyat orqanları vasitəsilə narkomaniya və HİV-lə yoluxmanın barədə cəmiyyətin məlumatlandırılması olub. Konfransın qarşısına qoyduğu məqsəd vətandaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə nəzərə çarpacaq işlərin görülməsini planlaşdırmaq və həyata keçirməkdir. Narkomaniya və HİV-lə yoluxmanın mövzusunda, yaş, cins və s. xüsusiyyətləri nəzərə almaqla, gənclər və hamilə qadınlar kimi xüsusi hədəf qruplarına yönəlmiş təbliğat proqramlarının yayılması nəzərdə tutulub.
Maarifləndirmə işlərində media və bələdiyyələrin, yerli icma liderlərinin fəallığını təmin edilməsidir. Konfrans iştirakçıları ilk növbədə spesifik profilaktika vasitələri ilə narkomaniya və HİV-lə yoluxmanın əleyhinə qarşı aparılan məqsədyönlü tədbirlərin öz müsbət nəticələrini verəcəyinə ümidlə yanaşıblar.

Mərkəzi Aran rayonunun əhalisi, gənclər fəal həyat mövqeyi nümayiş etdirməklə doğma şəhərlərinində narkomaniya və HİV-lə yoluxmanın yaratdıqları problemlərini öyrənilməsi əsas prioritet olmasını vurğulayıblar.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir