Modern.az

MBASK əzilən avtomobilin sığortası üçün müştərisinə 13637 AZN ödəyib (foto)

MBASK əzilən avtomobilin sığortası üçün müştərisinə 13637 AZN ödəyib (foto)

9 İyul 2010, 11:55

MBASK Sığorta Şirkəti Mercedes Benz C200  avtomobilinin sığortaçısına 13 637 AZN məbləğində iri sığorta ödənişi həyata keçirib. Şirkətdən Modern.az-a bildirlib ki, cari ilin əvvəlindən MBASK öz müştərilərinə 1 566 987 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib, bunlardan 1 110 210 AZN-dən çoxu (71%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.

       

Qeyd etmək lazımdır ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, MBASK şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir, özünün özəl müştərilərinə isə MBASK şirkəti VİP-xidmət olunma xidmətini təklif edir. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı