Modern.az

Rəqs edən prezidentlərdir - FOTOLAR

Rəqs edən prezidentlərdir - FOTOLAR

25 İyul 2014, 23:28

Onlar da rəqs edirlər. Bu iş siyasətçilərdə mükəmməl alınmasa da, ovqatlarını xoş etmək üçün siyasi liderlər arabir rəqs etmək məqamını əldən vermirlər və təbii ki, rəqsdə buraxdıqları səhvləri onlara asanlıqla bağışlayırlar. Əsas məsələ odur ki, prezidentlər siyasətdə səhv buraxmasınlar.

Modern.az saytı prezidentlərlə bağlı növbəti yazını siyasi liderlərin rəqslərinə yönəldib.


Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obama
seçki qələbəsindən sonra sevincini bölmək üçün xanımı Mişel Obamanı rəqsə dəvət edib.


Rusiya Federasiyasının prezidenti Vladimir Putin
Ümumrusiya tatarlarının milli bayramında öz rəqsi ilə iştirakçıları təəccübləndirib.


Belarus
prezidenti Aleksandr Lukaşenko Opera və Balet teatrının açılışında əsl peşəkarlıq nümayiş etdirib.


Özbəkistan prezidenti İslam Kərimov
Səmərqənddə keçirilən “Şərq təranələri” festivalına rəqslə qatılıb.


Tacikistan prezidenti Emomali Rahmon
oğul toyunun fərəhini və sevincini rəqslə çıxarır.


Cənubi Afrika Respublikasının Prezidenti Cakob Zuma
beçinci nikahını yeni xanımı ilə birgə milli rəqslə qeyd edib.


Çeçenistanın dövlət başçısı Ramzan Kadirov
əsl qafqazlılara xas olan rəqs nümayiş etdirib.


Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin
seçki kampaniyasında seçicilərinin qarşısında rəqs etməyə də üstünlük verib.


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç
yaxşı oynasa da, siyasi oyunlarda məğlubiyyətə uğradı.


Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buş
milli bayramlarda sıravi amerikalılarla birgə rəqs etməyi özünə şərəf sayıb.


Rusiya Federasiyasının sabiq prezidenti, hazırkı baş nazir Dmitri Medvedev
“Amerikan Boy” mahnısına rəqs edir.


Ermənistan prezidenti Serj Sarkisyan
tarix boyu olduğu kimi, yenə də başqalarının havasına oynayır.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir