Modern.az

İctimai Birlik ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçılarına müraciət edib

İctimai Birlik ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçılarına müraciət edib

9 İyul 2010, 18:39

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi  iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən şəhid olmuş 22 yaşlı gizir Mübariz Ağakərim oğlu İbrahimovun cəsədinin qaytarılmasına kömək  məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlət başçılarına və beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə məlumat verən birliyin sədri, Azərbaycan Respublikası  Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova bildirib ki, sözügedən müraciətin nəticəsi olana kimi gənclər bu istiqamətdə işlərini davam etdirəcəklər:  “Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin bununla bağlı müvafiq qərarı olub və beynəlxalq təşkilatlara artıq Şurada təmsil olunan 70-ə yaxın gənclər təşkilatları adından müraciət ünvanlanıb. Biz  düşünürük ki, bu müraciətə yalnız Milli Şurada təmsil olunan gənclər deyil, eyni zamanda, ölkənin digər gənclər təşkilatları da qoşulmalıdır”.

Birlik sədrinin sözlərinə görə artıq dünya ictimaiyyəti Ermənistanın əsl simasını görə-görə ikili mövqe nümayiş etdirməməlidir: “ Bu gün bütün dünya ictimaiyyəti, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bu günə kimi yarıtmaz fəaliyyət nümayiş etdirmiş ATƏT-in Minsk Qrupunun  həmsədr ölkələri, xüsusilə -  Rusiya, ABŞ və Fransanın  dövlət başçıları bu məsələyə mövqe nümayiş etdirərək, Azərbaycan əsgərinin cəsədinin qaytarılması məsələsində rəsmi Yerevana təzyiq göstərməlidirlər. Əks halda bütün dünya ictimaiyyəti Minsk Qrupunun ikili mövqe nümayiş etdirmələri, ədalət carçısı rolunda çıxış etmələrinin, verdikləri vədlərin saxtalığının şahidi olacaqlar”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu