Modern.az

Lenmarker: “Qarabağ dondurulmuş münaqişə deyil”

Lenmarker: “Qarabağ dondurulmuş münaqişə deyil”

Təhsil

9 İyul 2010, 20:13

“Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil”. Modern.az xəbər verir ki,  bu barədə  ATƏT Parlament Assamleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker qurumun Osloda keçirilən 19-cu sessiyasındakı çıxışında bildirib.  Lenmarker qeyd edib ki, münaqişə tərəfləri hələ də itkilər verir və buna görə də “dondurulmuş münaqişə”termini Qarabağ probleminə tətbiq oluna bilməz.

 

Lenmaker Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olduğunu bildirib. O Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə, eləcə də qoşunların təmas xəttində baş verən insidentdən danışıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə