Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Ukraynaya işgüzar səfərə gedib.
"AzərTAc"ın yaydığı məlumata görə, Azərbaycan dövlətinin başçısını Sevastopolun “Belbek” beynəlxalq hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək və gül dəstəsi təqdim ediblər.