Modern.az

700 bal toplamış abituriyentlərin ixtisas seçimi: “Qafqaz Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında qalmışam”

700 bal toplamış abituriyentlərin ixtisas seçimi: “Qafqaz Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında qalmışam”

30 İyul 2014, 18:23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını yekunlaşdırıb. İyulun 24-dən başlayan ixtisas seçimi avqustun 5-də bitəcək.

Modern.az saytına danışan, maksimum nəticə göstərmiş abituriyentlər hansı ixtisası seçdiklərini açıqlayıblar:

Bakıdakı 289 nömrəli orta məktəb - "Zəngi" Liseyinin məzunu Könül Qurbanlı (I qrup): “Hələ ixtisas seçimi etməmişəm. Yəqin ki, ən son gün seçəcəm. Seçimim ya “ADA” Universitetindən, ya da Bakı Ali Neft Məktəbindən olacaq. İkisinin arasında qalmışam”.

Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə (IV qrup): “Artıq ixtisas seçimi etmişəm. Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsini seçmişəm”.

Bakıdakı 287 nömrəli "Zəkalar" Liseyinin məzunu Nurlan Quluzadə (I qrup): “Hələ seçməmişəm. Bu gün-sabah seçərəm. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçəcəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup): “Hələ ixtisas seçimi etməmişəm. Bir-iki günə seçməliyəm. Hələ dəqiq bilmirəm haranı seçəcəyəm. Qafqaz Universitetinin mexanika mühəndisliyi ilə Bakı Ali Neft Məktəbinin arasında qalmışam”.

Bakıdakı "Dədə Qorqud" Liseyinin məzunu Məmməd Hacılı (I qrup): “İxtisas seçimi etmişəm. Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsini seçmişəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup): “Bəli, ixtisasımı seçmişəm. Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznesin idarəedilməsi ixtisasını seçmişəm”.

Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov (I qrup): “Artıq ixtisasımı seçmişəm. Bakı Ali Neft Məktəbi, proseslərin avtomatlaşdırılması mühəndisliyini seçmişəm”.

Bakıdakı "Zəkalar" Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup): “Hələ seçməmişəm. Böyük ehtimalla beynəlxalq iqtisadi münasibətlər ixtisasını seçəcəyəm”.


Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?