Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatına yekun vuruldu. Düz bir ay davam edən futbol marafonunun finalında Hollandiya və İspaniya komandaları dünya çempionunun kimliyinə aydınlıq gətirdilər. Son Avropa çempionu İspaniya ilk dəfə finala çıxdığı dünya çempionatında qızıl medalları qazanma fürsətini əldən vermədi. İspaniya 19-cu dünya çempionudur. Ötən gecə baş tutan qarşılaşmada 90 dəqiqə 0:0 hesabı ilə yekunlaşdığından hakim oyuna 30 dəqiqə əlavə vaxt artırdı. Uzatma vaxtının sonlarında – 116-cı dəqiqədə finalın ən yaxşı oyunçusu seçilən Andreas İniyesta ispanların qələbə topunu vurdu. İspaniya çempionluğa layiq idi. Hollandiya – İspaniya - 0:1
Yohannesburq. Sokker Siti stadionu. Baş hakim: Hovard Uebb (İngiltərə)
Qırmızı vərəqə: Con Heytinqa (108, Hollandiya)
Qol: İniyesta (116)
Modern.az