Modern.az

“Qızıl buts”u Tomas Müllerə verdilər

“Qızıl buts”u Tomas Müllerə verdilər

Təhsil

12 İyul 2010, 10:53



Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya millisinin yarımmüdafiəçisi Tomas Müller Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya Çempionatının ən çox qol vuran oyunçusudur.
Futbolçu altı oyunda rəqib qapısından 5 top keçirib. Hollandiyalı Uesli Sueyder, ispan David Vilya və uruqvaylı Diyeqo Forlan da öz hesablarına bu qədər qol yazıblar. Lakin FİFA-nın qaydalarına görə, eyni sayda top vurmuş “Qızıl buts” iddiaçıları arasında seçim zamanı üstünlük, həm də ən çox ötürmə edən oyunçuya verilir. Bu göstəriçiyə görə Müller bütün namizədləri arxada qoyub. Alman yarımmüdafiəçi həm də üç qolla nəticələnən ötürmə verib. 

2010-cu il Dünya Çempionatının “Qızıl Top” mükafatını isə Uruqvay yığmasının futbolçusu Dieqo Forlan alıb.  
Ən yaxşı qapıçı üçün təsis olunmuş “Qızıl əlcək” mükafatına isə İspaniya yığmasının qapıçısı İker Kasilyas layiq görülüb.   İspaniya yığması isə ən layiqli oyununa görə FİFA-nın Fair Play mükafatını qazanıb. Bütün çempionat ərzində İspaniya yığması 8 sarı vərəqə alıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə