Modern.az

Türkiyə vətəndaşı "İsrail" adından imtina etdi

Türkiyə vətəndaşı "İsrail" adından imtina etdi

Təhsil

12 İyul 2010, 17:47

İsrailin Qəzzaya humanitar yardım daşıyan gəmiyə silahlı basqınını hiddətlə qarşılayan Türkiyənin Sakarya vilayətinin sakini İsrail Yıldız  “İsrail” adından imtina edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, inşaat ustası olan 49 yaşlı Yıldız adının İsrail olmasına görə son vaxtlar hədəfdə olduğunu deyib. “İsrail” adının onu hələ uşaqlığından rahatsız etdiyini bildirən Yıldız  adının “İsrafil olaraq dəyişdirilməsini məhkəmədən xahiş edib. İsrail adının ona hazırda xəstə olan atası tərəfindən qoyulduğunu deyən  Yıldız  məhkəməyə atası ilə mübahisə yaranmasın deyə uzun illər müraciət etmədiyini deyib. O, iş yoldaşlarının onu “İsrafil” adı ilə çağırdıqlarını bildirib. 

“Həyat yoldaşım, 4 övladım və 3 nəvəm var. Onlar belə mənə adımın dəyişdirilməsi üçün  təzyiq edirlər. Onlara da dostları “nəyə görə atanızın adı İsraildir”deyirlər”,-deyə Yıldız əlavə edib. 

O şəxsiyyət vəsiqələrində adları İsrail olan bütün ölkə vətəndaşlarının adlarının dəyişdirilməsi üçün Türkiyənin müvafiq rəsmi instansiyalarına müraciət edib.

 

“Küçələrdə “İsrail rədd olsun!,” İsrail qatil!” şüarları eşitdikcə və gördükcə sanki bütün təpkilərin mənə qarşı olduğunu düşünürəm. Və bundan çox üzülürəm”,-deyə inşaat ustası bildirib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə