Modern.az

Almatıda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Almatıda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Təhsil

12 İyul 2010, 17:53

Həftəsonu Qazaxıstanın Almatı şəhərində ATƏT–ü üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşü olacaq. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Askar Abraxamanov bu barədə Astanada keçirdiyi bugünkü brifinqdə məlumat verib.  Onun sözlərinə görə, iyulun 16-17-də ATƏT-in fəaliyyətdə olan hazırki sədri Qazaxıstanın dövlət naziri – xarici işlər naziri Kanat Saudabayevin dəvəti ilə quruma üzv ölkələrin XİN başçılarının qeyri formal görüşü keçiriləcək. Görüşdə ATƏT-ə üzv 56 ölkənin, eləcə də  təşkilatla əməkdaşlıq edən 12 dövlətin təmsilçisi iştirak edəcək.

 

Qeyri-formal tədbiri prezident Nursultan Nazarbayev açacaq. Tədbirdə ATƏT məkanında təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Abraxamanov qeyd edib ki, tədbir çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının Minsk qrupu həmsdərləri (ABŞ, Fransa və Rusiya)  ilə görüşü nəzərdə tutulub.  Görüşdə ATƏT-in fəaliyyətdə olan hazırkı sədri Kanat Saudabayev də iştirak edəcək. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması məsələsi müzakirə olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə