Modern.az

Dövlət başçılarının görüşlərində ən maraqlı MƏQAMLAR...

Dövlət başçılarının görüşlərində ən maraqlı MƏQAMLAR...

10 Avqust 2014, 22:48

Dövlət başçılarının görüşləri zamanı jurnalistlər rəsmi qəbullarla yanaşı, qeyri-rəsmi tədbirləri də obyektivin yaddaşına köçürməyə fürsət tapırlar. Kütləvi informasiya vasitələrində belə səpkili materiallar bəzən qalmaqallara səbəb olsa da, ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Modern.az saytı bu marağı nəzərə alıb, siyasi liderlərin görüşləri zamanı yadda qalan maraqlı məqamları təqdim edir.


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç
Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüş zamanı özünü çox ağıllı siyasətçi kimi təqdim edir və elə rəy formalaşdırmaq istəyir ki, kənardan baxanlar onun rusiyalı həmkarı ilə ərkyana münasibətlərini hiss etsinlər.


“Böyük Səkkizlik” ölkələrinin İtaliya sammitində Rusiya Federasiyasının sabiq prezidenti, hazırkı baş nazir Dmitri Medvedev ziyafətdən sonra öz qeyri-adi davranışı ilə həmkarlarının diqqətini çəkib. Ya yorğunluqdandır, ya da süfrəyə qoyulmuş “nemət”lərin təsirindən.


Ukrayna prezidenti Pyotr Poroşenkonun
Vladimir Putinə baxdığı bu baxışları bir batman balla da qəbul etmək mümkün deyil. Ukrayna prezidenti ürəyində fikirləşir ki, Məşədi İbad demişkən “bunu yıxıb ağzına-ağzına...”.


Rusiya prezidenti Vladimir Putin
və Angela Merkel Hannover sərgisində iştirak edərkən Femen hərəkatının üzvləri aksiya keçiriblər. Qurşaqdan yuxarı soyunan qızlar kürəklərində və sinələrində Putinin ünvanına rus və ingilis dillərində qeyri-etik şüarlar yazıblar. Mühafizə aksiya iştirakçılarının qarşısını çətinliklə alıb.


Britaniyalı baş nazir Devid Kemeronun
Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri belə başlayıb. Barak Obama siyasi həmkarını ilk andaca gülməkdən uğundura bilib.


Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin
Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Amerika Birləşmiş Ştatlarının prezidenti Klintona rus kişisinin nəyə qadir olduğunu sübut edib. 40 dərəcənin təsiri əsl şouya çevrilib. Klinton bu ürəkdən gələn gülüşlərə görə Yeltsinə minnətdarlığını bildirib.


Dövlət başçılarının görüşündə maraqlı məqamlar tarixi məqamlarla da əvəzlənə bilər. Məsələn, günlərin birində Ermənistan prezidenti Serj Sarkisyan aldığı siyasi zərbələrdən nakauta düşsə, bu tarixi məqam olacaq. Çox yəqin ki, yaxın gələcəkdə dünya ictimaiyyəti bu hadisənin şahidi olacaq.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...