Modern.az

Türkiyənin ərəb mənşəli yeni birinci ledisi - Əminə Ərdoğan niyə intihar etmək istəyib? - FOTOLAR

Türkiyənin ərəb mənşəli yeni birinci ledisi - Əminə Ərdoğan niyə intihar etmək istəyib? - FOTOLAR

12 Avqust 2014, 09:33

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Türkiyənin yeni 12-ci birinci ledisi olaraq Çankaya köşkünə ev sahibəliyi etməyə hazırlaşır.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əminə Ərdoğan 1955-ci il fevralın 21-də İstanbulun Fateh məhəlləsində anadan olub. Əslən Siirt şəhərindən və ərəb mənşəlidir.. Beş uşaqlı bir ailənin ən kiçiyidir.

Əminə 1966-cı ildə Zeynəb Kamil ibtidai məktəbindən məzun olduqdan sonra Mithatpaşa Qız Liseyinə gedib. Dərslərini yaxşı oxumasına baxmayaraq liseydən öz istəyi ilə ayrılıb.

15 yaşına çatanda böyük qardaşı Hüseyn, "Oxumayıb, evdə oturacaqsansa artıq bağlanma zamanın gəldi" deyə xəbərdar edib. Bu xəbərdarlıq Əminəni çox pərişan edir, günlərlə ağlayır, hətta intihar etməyi belə düşünür. Amma 1970-ci ildən sonra anası Xeyiriyə xanımın bağlamağı öyrətdiyi türbanı bir daha çıxarmayıb.

Romançı yazar Şölə Yüksəl Şənlərlə tanış olması həyatının dönüş nöqtəsi olur. Şənlərin qurduğu "İdealist Qadınlar Dərnəyi"ndə aktiv olaraq fəaliyyətə başlayır. Buradakı bir konfrans çalışması əsnasında tanış olduğu Rəcəb Tayyib Ərdoğan ilə 1978-ci il iyulun 4-də evlənib.

Cütlüyün Əhməd Burak, Necmettin Bilal, Əsərə və Süməyyə adlarında dörd uşağı var.

Türkiyənin əvvəlki birinci lediləri

Lətifə xanım


Türkiyə cümhuriyyətinin qurucusu və ilk prezident olan Mustafa Kamal Atatürkün həyat yoldaşı Lətifə xanım ilk birinci ledi adını qazanıb. 1923-cü il yanvarın 29-dan 1925-ci il avqustun 5-dək,  təxminən iki il yarım Mustafa Kamal Atatürk ilə evli qalıblar.

Mevhibe İnönü


2-ci dövlət başçısı İsmət İnönünün həyat yoldaşı olan Mevhibe İnönü 1938-ci noyabrın 11-dən 1950-ci il mayın 22-nə qədər köşkə ev sahibəliyi edib.

Rəşidə Bayar


Türkiyənin 3-cü prezidenti Cəlal Bayarın həya yoldaşı Rəşidə Bayar 1950-ci ildən 1960-cı il mayın 27-nə qədər - 10 il köşkə ev sahibəliyi edib.

Məlahət Gürsel


Türkiyənin 4-cü dövlət başçısı olan Camal Gürsalın həyat yoldaşı olan Məlahət Gürsel 6 il Çankaya köşkünün sahibəliyini boynuna götürüb. Türkiyənin 4-cü birinci ledisi olan Gürsel həyat yoldaşının narahatlığı səbəbindən 1966-cı il martın 28-də Türkiyə Böyük Millət Məclisi tərəfindən vəzifəsindən alınmasına qədər bu ünvanı qoruyub.

Atifet Sunay


1966-cı il martın 28-dən  1973-cü il martın 28-dək prezidentlik edən Cövdət Sunayın həyat yoldaşı Atıfet Sunay Çankaya köşkünə 7 il boyunca ev sahibəliyi etməli olub.

Emel Korutürk


6-cı respublika başçısı Fehri Korutürkün həyat yoldaşı Emel Kortürk 1973-cü il aprelin 6-dan 1980-cı il aprelin 6-sı arasında Çankaya köşkünə ev sahibəliyi edib.

Səkinə Evren


7-ci respublika başçısı Kənan Evrenin həyat yoldaşı Səkinə Evren 9 Noyabr 1982 - 9 Noyabr 1989 tarixləri arasında köşkdə yaşayıb.

Semra Özal


1989-cu il noyabrın 9-da köşkə daşınan Turqut Özalın həyat yoldaşı Semra Özal ərinin vəfat etdiyi 1993-cü il aprelinj 17-nə qədər Çankaya köşkünün ev sahibəliyini edib. Türkiyənin 8-ci birinci ledisi olan Semra Özal yalnız 4 il köşkdə yaşayıb.

Nazmiye Dəmirəl


9-cu dövlət başçısı Süleyman Dəmirəlin həyat yoldaşı olan Nazmiye Dəmirəl 1993-cü il mayın 16-dan 2000-ci il mayın 16-na köşkə ev sahibliyi edib.

Semra Sezər


2000-ci il mayın 16-da də vəzifəyə başlayan Türkiyənin 10-cu dövlət başçısı Əhməd Necdət Sezərin həyat yoldaşı Semra Sezər 2007-ci il avqustun 28-nə qədər köşkə ev sahibəliyi edib.

Hayrünnisə Gül


Türkiyənin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisə Gül isə 2007-ci il avqustun 28-dən köşkə gəlmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi