Modern.az

İngilis fotoqrafdan bu FOTOLARA görə Modern.az-a etiraz gəldi

İngilis fotoqrafdan bu FOTOLARA görə Modern.az-a etiraz gəldi

12 Avqust 2014, 18:27

Modern.az saytı erməni əsilli ingilis fotoqrafı və jurnalisti Onnik Ceyms Krikoryanın Ermənistanda insanların yaşayışını özündə əks etdirən fotosessiyasını “Ermənistanda səfalət” adı ilə dünən oxuculara təqdim etmişdi. Əksər Azərbaycan KİV-lərinin Modern.az-a istinadla yaydığı fotosessiya adıçəkilən fotoqrafın etirazına səbəb olub. Belə ki, rusdilli mətbuat hesabına fotosessiyasının Modern.az  tərəfindən yayımlandığını və şəkillərə verdiyimiz şərhi öyrənən müəllif özünün Facebook səhifəsində saytımıza qarşı əsassız iddia ilə çıxış edib.

“Şəxsən mən düşünürəm ki, səfalət tələyə düşmüş şəxslər üçün alçaldıcı olmalıdır. Və mən çox narahatam ki, regionda jurnalsit standartlarının və müəliflik hüquqlarına diqqətin aşağı səviyyədə olduğu şəraitdə fotoşəkillərimdən istifadə olunmasına mane ola bilmirəm. Ümid edirəm ki, bu fotolar kasıblığın aradan qaldırılması üçün başlanacaq kampaniyanın bir hissəi olacaq”- deyə Krikoryan Facebook-da səhifəsində yazıb.

Modern.az olaraq öz növbəmizdə qeyd etmək istərdik ki, “saytımızı müəlliflik hüquqlarının pozulmasında” ittiham edən erməni jurnalist unutmamalıdır ki, fotosessiya əməkdaşımız tərəfindən internetdəki xarici medianın açıq mənbələrindən götürülüb. Bundan başqa, fotosessiyanın müəllifinin Onnik Ceyms Krikoryan olduğu yazıda bir neçə dəfə vurğulanıb və beləliklə, jurnalist kodeksini heç bir prinsipi pozulmayıb. Bunları nəzərə alaraq, Onnik Ceyms Krikoryanın saytımız barədə səsləndirdiyi ittihamları əssasız hesab edirik.










Vüqar İsmayılov
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı