Modern.az

Prezidentlərin ifa məharəti - onların oxuduqları təkcə himn deyil - MARAQLI

Prezidentlərin ifa məharəti - onların oxuduqları təkcə himn deyil - MARAQLI

Reportaj

13 Avqust 2014, 21:40

Oxumaq müğənni işidir. Amma bəzən bu sənətin sahibi olmayanlar da insanlar qarşısında öz məharətlərini nümayiş etdirmək qərarına gəlirlər. Hətta prezidentlər də yeri düşəndə siyasi çıxışlarını mahnı ilə əvəzləməyə üstünlük verirlər və onların oxuduqları təkcə dövlət himnləri olmur.

Modern.az saytı prezidentlərlə bağlı növbəti yazıda dövlət başçılarının ifa məharətinə toxunub.


Braziliya prezidenti Dilma Russef
ölkəsinin vətəndaşlarının sonsuz kədərinə və həmçinin hiddətinə az da olsa sakitlik gətirmək üçün mahnı oxuyub. Braziliya futbolçularının Almaniya yığmasına ağılasığmaz top fərqi ilə məğlub olduğu məqamda prezident başqa çıxış yolu tapmayıb. Dilma Russef məşhur braziliyalı bəstəkar Paolo Vanzolininin ən populyar mahnılarından birini ifa etməklə məğlubiyyətdən üzüntü küçirən braziliyalılara dəstək olduğunu nümayiş etdirib.


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama
seçiciləri ilə gürüşü zamanı tədbirə gələnləri öz ifası ilə təəcübləndirib. Obama çıxışını qəfil kəsərək Ela Qrinanın məşhur “Birlikdə olaq” mahnısını ifa etməyə başlayıb.


Rusiya Federasiyasının prezidenti Vladimir Putin
Sankt-Peterburqda keçirilən xeyriyyə konsertində rus dilində “Hardan başlayır Vətən” mahnısını oxuduqdan sonra “fanat”larını ingilis dilində caz musiqisi ilə də sevindirib. Xeyriyyə konserti Rusiyada xərçəng və göz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib.


Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın
Topkapı sarayında ifa etdiyi mahnı auditoriyanı o qədər təəcübləndirib ki, mahnıya heyranlıqla qulaq asanlar ifanı bəyəndiklərini sürəkli alqışlarla deyil, sükutla ifadə ediblər.


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun
müsiqiyə həvəsi arabir onu studiyalarda pult arxasına keçməyə vadar edir. O buradan nəinki sevdiyi mahnıları səsləndirir, yeri gəldikcə özü də oxuyur. Prezidentin repertuarı olduqca zəngindir. Hətta bu repertuarda Rəqsanənin oxuduğu mahnı da özünə yer tapıb.


Qazaxıstan prezidenti Nursultan Nazarbayev
seçkilərdə qazandığı qələbədən sonra Qazaxstanın xalq artisti Roza Rımbayeva ilə səhnəni bölüçüb. Nazarbayevin ən çox sevdiyi əyləncələrdən biri milli müsiqilərə qulaq asmaq və arada ifa etməkdir.


Şimali Koreya lideri
oxumur. Amma istədiyi adamı oxuda bilir. Öz ad gününü həyat yoldaşı Li Sol Çju ilə birlikdə basketbol oyununu izləməklə keçirən gənc siyasətçini oyundan sonra məşhur basketbolçu, beşqat NBA çempionu Dennis Rodman “Ad günün mübarək” mahnısını ifa etməklə təbrik edib.


SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov
da müsiqiyə laqeyd olmayıb. Qorbaçov çox sevdiyi “Maşina vremeni” qrupunun lideri Andrey Makareviç ilə “Qaranlıq gecə” mahnısını ifa edib.


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç
ifa sənətinə peşəkarlıqla yanaşıb. Bu sahədə yeni imic formalaşdırmaq istəyən Yanukoviç tanınmışlara üstünlük verərək səhnəyə İosif Kobzonla birgə çıxmağa qərar verib.


Qarabağlı olsa da bunun səsi yoxdur
. Əvvəllər arabir olsa da zəhlətökən zümzümələr edirdi. Azərbaycanlı həmkarı onu bu zümzümələrdən də məhrum edib və tapşırıb ki, oxumaqdansa,  Azərbaycan mahnılarına diqqətlə qulaq assın.

Prezidentlərin hansı dildə, hansı janrda oxumasına baxmayaraq arzu edək ki, dövlət başçılarının ifaları bəşəriyyəti sülhə aparsın.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar