Modern.az

Kaçinski prezident qardaşının ölümündə Rusiyanı ittiham etdi

Kaçinski prezident qardaşının ölümündə Rusiyanı ittiham etdi

Təhsil

14 İyul 2010, 20:55

Polşa prezident postuna keçmiş namizəd Yaroslav Kaçinski Smolenskdə faciəli surətdə həlak olmuş prezident qardaşı Lex Kaçinskinin ölümündə Polşa və Rusiyanın məsuliyyət daşıdığını bildirib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Yaroslav Kaçinski bu barədə Slowo Niezalezne nəşrinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, faciə onun nəticəsində baş verib ki, Polşa hökuməti qənaət etməyə qərar verib və prezident üçün yeni təyyarə almaqdan imtina edib.

Yaroslav bu fikrini qəzadan bir qədər sonra Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə deyib. İndi isə o, öz fikirlərini da açıqdan bəyan etməyə qərar verib.  Yaroslav  faktı da diqqətə çatdırıb ki, əkiz qardaşına Rusiyaya məxsus “Tu” təyyarəsindən imtina etməyi  dəfələrlə xahiş edib. Lex Kaçinski qardaşının təkidli xahişlərindən sonra yalnız cari il avqustun 1-dən “Tu” təyyarəsindən imtina edəcəyini vəd edib.

 

Yaroslav Kaçinski qardaşı ilə birlikdə Smolenskə uçacağını, lakin anasının xəstə olması səbəbindən bu qorxunc səyahətdən son anda imtina etdiyini bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə